GündəmSosial

Qubadlıda yeni – həyat quruculuq və tərəqqi

21 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Qaz İstismar sahəsi”və “Ağstafa şəhər” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Qubadlı şəhərinin azadlığı xalqımızın birliyinin, milli iradəsinin və Vətən sevgisinin təntənəsidir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq göstərdilər. Vətən uğrunda canlarından keçən şəhidlərimizin fədakarlığı, qazilərimizin göstərdiyi şücaət və hərbçilərimizin döyüş əzmi tarixi Qələbəmizin əsasını təşkil etdi. Bu gün azad edilmiş ərazilərdə dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin, müstəqilliyimizin və suverenliyimizin rəmzidir.

Tədbirdə çıxış edən digər natiqlər – partiya fəalları Qönçə Hüseynova, Sahilə Xəlilova və Aynur Babayeva bildiriblər ki, Qubadlı şəhəri günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bu əlamətdar tarix gələcək nəsillərə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin mahiyyətini çatdırmaq, şəhidlərimizin qəhrəmanlığını unutmamaq və milli dəyərlərimizi qorumaq üçün mühüm fürsətdir. Tarixi yaddaşın yaşadılması, Vətənə sevginin aşılanması və milli həmrəyliyin gücləndirilməsi cəmiyyətin gələcəyi üçün vacibdir.

Oxşar Xəbərlər

Back to top button