Analitika

Qoşulmama Hərəkatı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarındandır

1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində keçirilən konfrans yaddaqalan yığıncaqlardan hesab olunur, çünki həmin Zirvə görüşündə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan edildi. Bu həmin təşkilatdır ki, hal-hazırda 120 ölkəni özündə birləşdirir və Qoşulmama hərəkatı adlanır. Həmin ölkələr heç bir hərbi qruplaşmaya üzv olmamağı öhdələrinə götürüblər.

Hərəkatın prinsip və məqsədləri demokratik qaydalar əsasında təyin edilib və müasir dünyamızda sülhün, ədalətin qorunması üçün işlər görülür. İnsan hüquq və azadlıqlarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əsas iş prinsiplərinə aiddir. Hərəkatın daimi mənzil qərargahı yoxdur. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri hərəkatın ən ali toplantısı hesab edilir.   Qoşulmama Hərəkatı 1945-ci ildə yaradılmış BMT-dən sonra dünyada ən böyük və mötəbər beynəlxalq təsisat hesab olunur. Prezident İlham Əliyevin cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışı zamanı dediyi kimi “2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra “Covid-19”a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.   Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad etdi.

Daha sonra Zirvə görüşündə Cənab Prezident post-konflikt dövrü hqqında danışdı. O qeyd etdi ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldı, bütün mədəni və dini abidələr talan və qarət edildi. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi oldu. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Bu fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button