Analitika

Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi tarixi uğurumuzdur

Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974cü ildə tikintisinə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu – 8-ci blok isə 1990-cı ildə istismara verilib. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İstilik Elektrik Stansiyası elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb.

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdir. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunmuşdur.

Mingəçevir Elektrik Stansiyasının 2018- ci ildə tamamilə yenidən qurulması prosesi başlanıb. Beləliklə 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlayıb. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda da Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Mingəçeviri nəinki Azərbaycanın ümumiyyətlə Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub. Bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında 2-ci yerdədir.

Avropanın enerji siyasətinin öyrənilməsi Azərbaycanın xarici siyasətinin aparılmasında olduqca zəruridir və bu müstəsna əhəmiyyət kəsb edir.Hal-hazırda vahid enerji siyasəti həyata keçirməyə böyük səy göstərən Avropa Birliyinin bu sahədə fəaliyyəti və eyni zamanda ayrı ayrı ölkələrin fərdi enerjisiyasəti ilə bağlı bütün məsələlərin gündəlik izlənilməsi bu sahənin tədqiqatında son dərəcə zəruridir. Xususilə də Avropanın enerji təhlükəsizliyində mühüm strateji əhəmiyyətli yertutan Azərbaycanın xarici siyasəti sferasında çalışan kadrların bu problemlə dərin tanışlığı böyük əhəmiyyət daşıyır.

Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button