Qəhrəmanlıq, Zəfər və sülhün rəmzi – Şuşa

Azərbaycan xalqı son günlərdə növbəti möhtəşəm hadisənin şahidi olur – əziz, doğma Şuşaya ilk sakinlərin köçü başlayıb. Bu tarixi hadisə xalqımız üçün digər unudulmaz tarixi gündə – Azərbaycan xalqınının Ümümmilli Lideri dahi Heydər Əliyevin doğum günündə baş vermişdir. 10 may Azərbaycan xalqı üçün əlamətdar və əziz gün olub, indi isə bu müqəddəs və xoşbəxt günə başqa xoşbəxtlik də qatılıb – Qarabağın döyünən gəlbi olan Şuşaya 28 ildən sonra torpaq nisgili ilə yaşayan sakinləri qayıdır. Suşa dirçəlir, Şuşa çiçəklənir, 30 ilə yaxın çəkdiyi əzablarından, düşmən havasızlığından, qərib niyyətlərdən qurtuluşunu yaşayır. Dörd il əvvəl 2020-ci il noyabr ayının 8-də müzəffər Azərbaycan əsgəri sıldırım qayaları qət edərək dünya hərb tarixində görünməyən qəhrəmanlıq səhifəsini yazdı. Bu möhtəşəm zəfərin memarı İlham Heydər oğlu Əliyev idi, Azərbaycan xalqının dahi sərkərdəsi, dünya miqyasında olan siyasi istehdad. Ata vəsiyyətini yerinə yetirən dahi Liderimiz Ulu Öndərin başladığı işi ustalıqca sona çatdırdı və məhz Öndərimizin doğum günündə nəhəng Ustadın vəsiyyətinin yerinə yetirdiyini bir daha möhtəşəm tərzdə xatırlatdı.
Qarabağın taci, tarixi Azərbaycan şəhəri olan Şuşanın bərpasına Prezident İlham Əliyevin 2021-ci il yanvarın 14-də müharibədən sonra etdiyi ilk səfərindən sonra başlamışdır. Cənab Prezidentin Şuşaya səfər etməsi üçün bu tarixin seçilməsi xüsusi mənaya malik idi. 39 il əvvəl məhz bu tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən şəhərdə təntənəli şəkildə Vaqifin məğbərəsinin açılışı baş tutmuşdur. Və 39 il əvvəl özüdə iştirak etdiyi tədbirdə cənab Prezident əziz Şuşaya gələrək, məhz bu tarixdə Dahi Öndərimizin müdrik varisi erməni vandallarının məhv etdiyi tarixi əbidənin bərpasının göstərişini vermişdir. Çox mənalı, çox təsirli addım! Əsirlərnən bu torpaqlarda yaşayan, torpaqları beçərən, suvaran, xarıbülbül gülünün ətrini duyan, burda qalalar, evlər, abidələr quran sahiblər var! Eyni zamanda, gədim xalqın zəngin irsini qoruyan, xalqın rifahını öz həyatı məqsədinə çevirən insanların danılmaz əməyi, vətənin azadlığı uğrunda canından keçən qəhramanlar var. Sanki, həmən tarixi gündə Müzəffər Ali Baş Komandan bu torpaqlardan düşmənin çirkin ruhunun silinməsinə və tarixi ədalətin bərqərar olmasına bir daha qərar vermişdir.
“İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik.” Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində söyləmişdir. “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır” cənab Prezident bu sözləri ilə Şuşanın tarixi – mədəni əhəmiyyətini, xalqımız üçün müstəsna mənəvi dəyərini, əvəzolunmaz yerini bir daha vurğulamışdır.
Digər böyük rəmzi məna daşıyan addım, 2021- ci ilin məhz may ayının 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı cənab Prezidentlə sərəncamın imzalanması idi. Bu sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalın qeyd olunmaları bərpa olunmuşdur. Şuşa ilə bağlı növbəti mühüm sərəncama əsasən 5 yanvar 2022-ci il tarixində Şuşa ilinin elan olunması və həmin ildə nəinki Azərbaycan cəmiyyəti, bütün türk və islam camiyəsi tərəfindən mədəniyyət beşiyimizin 270 illiyinin geyd olunması idi. Cənab Prezidentin mükəmməl xarici diplomatiyası, doğma dövlətinin gələcəyin inkişaf yollarını müəyyən etmək mükəmməl səriştəsinin nəticəsi kimi, Beynəlxaq Türk Mədəniyyəti Təşkilatının üzv ölkələrinin Mədəniyyət Nazirlərinin Daimi Şurasının qərarı ilə 2023-cü il üçün Azərbaycanın qədim söz, sənət beşiyi olan Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirakçiların yekdil qərarı ilə 2024-cü il üçün İCESCO-nun İslam dünyası mədəniyyət paytaxtı adına layiq görülməsi idi. Möhtəşəm bir durum, yorulmaz fəaliyyətin, misilsiz diplomatik utalığın ehtişamlı nəticəsi!
Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Eyni zamanda yaşayış kompleksinin təməli qoyulub. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər, onları təbrik edərək, doğma torğaqlarında rahat yaşayıb dolanmağını arzu etdilər.
1989-cü ildən Şuşa şəhərində keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı şəhərin işğal dövründəki səssizliyindən sonra yenidən bərpa olunmuşdur. Bu ğün dünya ictimayyəti xalqımızın gözəl mutikultural dəyərləri özündə ehtiva edən musiqi bayramının yenilənmiş həşəmətli təntənəsinin şahidi olur. Artıq bu gözəl festival işğaldan sonraki dövrdə Qarabağın incisində qələbə sorağı ilə dörduncü dəfə keçirilir. Vaqif Poeziya günləri 1982-ci ildən Ulu Öndər Heydər Əlievin yaratdığı gözəl, tarixi ənənəsinə uyğun zəfər övqatı ilə yenidən təşkil olunur.
Bu gün əziz Şuşa həyatının yeni, sülh, dağıdıcı ruh, biganə, etinasız münasibətdən azad olan günlərini yaşayır. Çünki bu şəhərin, bu torpaqların əzəli sahibləri qayıdıblar. Bu gün Şuşada əsl bayram ab-havası var, hamının gəlbində möhtəşəm qalibiyyəti xalqına bəxş edən minnətdarlıq, sevinc hissi yaşayır. Bu günü, bu şərəfli, təntəli tarixi bizə yaşadanlara biz ömürlük borcluyuq, Ali Baş Komandamız, nəhəng Sərkərdəmiz İlham Əlirza oğlu Əliyevə borcluyuq, ölümün ğözünə dik baxan şəhid oğullarımıza, qəhrəman qazilərimizə borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq. Cənab Prezident Xarıbülbül festivalı və Şuşa – islam dünyasının mədəniyyət paytaxtı 2024- mərasimin açılışında söyləmişdi: “Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir”.
Sevinc Axundova,
Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun
Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri dosent



