AnalitikaGündəm

Qarabağ Universiteti: Zəfərin Təhsildə İnkişafı və Gələcək Perspektivlər

Qarabağın azad olunması və yenidən qurulması Azərbaycan xalqının tarixində yeni bir mərhələni təmsil edir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu düşməni məğlub edərək, torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Azərbaycan xalqının milli birliyinin, gücünün və qətiyyətinin təcəssümüdür. Müharibənin nəticəsində Azərbaycan öz suverenliyini tam olaraq təmin etdi və bölgədə yeni bir inkişaf dövrü başladı.

Azərbaycan dövlətinin suverenliyinin bərpası, xüsusilə Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan xalqının ən böyük uğurlarından biridir. 2020-ci ilin sentyabr-noyabr aylarında baş tutan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları düşmən işğalından azad edildi. Bu müharibə təkcə hərbi zəfər kimi deyil, eyni zamanda siyasi və iqtisadi perspektivlər baxımından Azərbaycanın gələcək inkişafı üçün əsas zəmin yaratdı. Qələbə, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, Azərbaycanın güclü bir regional güc kimi mövqeyini möhkəmləndirdi.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu, xalqı və rəhbərliyi bir-birinə sıx bağlılıq nümayiş etdirdi. Xüsusilə şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq, bu mübarizədə qazanılan qələbənin əsas səbəblərindən biri oldu. Azərbaycan xalqı Vətən uğrunda canını fəda edən şəhidlərimizi heç vaxt unutmur və onların şücaəti hər zaman yüksək dəyərləndirilir. Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi təkcə hərbi güc və texnologiya ilə bağlı deyildi. Ordumuzun mənəvi-psixoloji üstünlüyü də bu qələbənin əsas amillərindən biri oldu. Əsgər və zabitlərimizin Vətən sevgisi, azadlıq uğrunda mübarizədə göstərdikləri şücaət və dözümlülük, düşmənə qarşı psixoloji üstünlüyü təmin etdi. Azərbaycan əsgəri bilirdi ki, bu mübarizə haqlı və ədalətli bir mübarizədir və bu, onların döyüş meydanında göstərdikləri ruh yüksəkliyinə səbəb oldu.

Ordumuzun qələbəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də rolu böyük oldu. Onun liderliyi və düzgün hərbi-strateji qərarları, həmçinin beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsi, qələbənin əldə olunmasına böyük təsir göstərdi. Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycan dövləti bölgənin bərpasına və yenidən qurulmasına böyük əhəmiyyət verir. Bu prosesin başında Prezident İlham Əliyev dayanır. Prezident İlham Əliyevin Qarabağ bölgəsinin yenidən qurulması üçün imzaladığı sərəncamlar və qəbul edilən dövlət proqramları, bölgənin sosial-iqtisadi inkişafı üçün ciddi addımlar atılmasını təmin edir.

Prezidentin göstərişi ilə Qarabağda infrastrukturun bərpası, yolların, məktəblərin, xəstəxanaların tikintisi və digər mühüm obyektlərin inşası sürətlə davam edir. Eyni zamanda, mədəni irsimizin bərpası və Qarabağın turizm potensialının inkişafı da bu proqramın tərkib hissəsidir. Qarabağın yenidən qurulması Azərbaycanın güclü dövlət olduğunu və xalqın iradəsinin qırılmaz olduğunu bir daha göstərir. Bu cür  önəmli addımlardan biri də Qarabağ Universitetinin qurulmasıdır.

Qarabağ Universitetinin yaradılması bu yenidənqurma işlərinin ən mühüm elementlərindən biridir. Qarabağ Universiteti təkcə bir təhsil ocağı olmayacaq, eyni zamanda Azərbaycan xalqının Qarabağ torpaqlarına bağlılığını və burada qurulan yeni gələcəyin simvolu olacaq. Bu universitet bölgənin elmi, mədəni və iqtisadi inkişafında mühüm rol oynayacaq. Burada yerli və beynəlxalq tələbələr üçün müasir təhsil və tədqiqat imkanları yaradılacaq, Azərbaycanın təhsil sisteminin inkişafı üçün yeni perspektivlər açılacaq.

Qarabağ Universiteti, həmçinin gənclərimizin yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasına şərait yaradacaq. Bu təhsil ocağı regionun sosial-iqtisadi inkişafına böyük təkan verəcək və Qarabağın beynəlxalq səviyyədə tanınmış bir təhsil və tədqiqat mərkəzi kimi mövqeyini gücləndirəcək. Universitet, həmçinin Qarabağın mədəni və tarixi irsini qorumaq və inkişaf etdirmək baxımından da əhəmiyyətli bir rol oynayacaq. Universitetin gələcək perspektivləri çox ümidvericidir. Onun müasir texnologiyalarla təchiz olunması, beynəlxalq təhsil standartlarına uyğun proqramların tətbiqi və akademik əməkdaşlıqların genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, universitetin beynəlxalq universitetlər və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq etməsi, burada aparılan elmi-tədqiqatların qlobal səviyyədə tanınmasına şərait yaradacaq. Bu təhsil ocağı gələcəkdə regionun elmi mərkəzi olmaqla yanaşı, beynəlxalq arenada tanınmış bir təhsil müəssisəsinə çevriləcək, Azərbaycanın təhsil sisteminin inkişafına, ölkənin elmi potensialının artırılmasına və regionda elmi və texnoloji irəliləyişlərin təmin edilməsinə böyük töhfə verəcək.

Qarabağ Universitetinin yaradılması Azərbaycanın təhsil və elmi inkişafına verilən ən böyük töhfələrdən biri olacaq. Bu universitet, Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Qarabağın yenidən qurulması prosesinin ayrılmaz bir hissəsi kimi tarixi əhəmiyyətə malikdir. Universitetin gələcəkdə regionun mədəni, sosial və iqtisadi inkişafında böyük rol oynayacağına heç bir şübhə yoxdur. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında atdığı bu addımlar, xalqımızın Qarabağ torpaqlarına olan bağlılığını və bu ərazilərin gələcək nəsillərə layiqincə ötürülməsini təmin edəcək.

Səfərova Ülviyyə,
Xəzər rayonu, 256 nömrəli  tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button