
Azərbaycan xalqının yaddaşında Qarabağ həsrəti uzunillər boyu silinməyən bir nisgil, qəlblərdə yaşayanmüqəddəs arzu kimi qalıb. Doğma yurdlarındandidərgin düşən insanların gözləri hər zaman ata-babatorpaqlarına dikilib, qəlbləri bir gün geri dönəcəklərinəolan ümidlə döyünüb. Bu həsrət nəsildən-nəsləötürülərək xalqımızın milli yaddaşının ayrılmazhissəsinə çevrilib. 8 Noyabr – Zəfər Günü isə illərlədavam edən bu nisgilin sevincə, kədərin qürura, ümidsizliyin inama çevrildiyi möhtəşəm tarixi hadisəkimi yadda qalıb.
Vətən müharibəsi Azərbaycan xalqının taleyində dönüşnöqtəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayanhərbi əməliyyatlar xalqımızın öz haqqını bərpa etməkəzmini nümayiş etdirdi. Azərbaycan Ordusu böyükqəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızıbir-birinin ardınca azad etdi. Döyüş meydanındaqazanılan uğurlar hər gün xalqımıza yeni ümid vəsevinc bəxş edirdi. Nəhayət, noyabrın 8-də Şuşanınazad olunması ilə Azərbaycan xalqı çoxəsrlik tarixininən möhtəşəm qələbələrindən birinə qovuşdu. Bu hadisəillərin həsrətinə son qoyan, milli qürurumuzu zirvəyəyüksəldən tarixi an oldu.
Qarabağ uğrunda mübarizədə şəhid olanqəhrəmanlarımızın adları xalqımızın qəlbində əbədiyaşayacaq. Onların hər biri öz həyatını Vətəningələcəyi naminə fəda edərək tarix yazdı. Bu gündoğma yurdlarına qayıdan ailələrin sevincində, azadedilmiş şəhərlərdə ucalan yeni binalarda, yenidənaçılan məktəblərdə həmin qəhrəmanların arzularıyaşayır. Qarabağın hər qarışı xalqımız üçün əzizdir, çünki bu torpaqların azadlığı böyük fədakarlıq vəmübarizə bahasına əldə edilib. Hər bir azərbaycanlı buhəqiqəti unutmamalı, şəhidlərimizin xatirəsini daimehtiramla yad etməlidir.
Bu gün Qarabağ artıq yalnız həsrət və nisgilin deyil, dirçəlişin, inkişafın və yeni həyatın ünvanıdır. Doğmatorpaqlarına qayıdan insanlar öz evlərində yeni həyatqurur, gələcəyə ümidlə baxırlar. Dövlətimizin həyatakeçirdiyi Böyük Qayıdış proqramı azad edilmişərazilərin yenidən məskunlaşdırılması və inkişafıistiqamətində mühüm əhəmiyyət daşıyır. Zəfər Günübizə göstərdi ki, xalqın inamı və dövlətin qətiyyətibirləşəndə ən böyük arzular belə gerçəkləşə bilər. Qarabağımızın inkişafı və Azərbaycanın qüdrətlənməsinaminə atılan hər addım Zəfərimizin davamıdır.
Günel Babayeva,
YAP Xəzər rayon təşkilatının fəalı



