
Azərbaycanın zəngin tarixi, mədəniyyəti və strateji coğrafiyasında müstəsna yeri olanAğdam şəhərinin işğaldan azad edilməsi hər il noyabrın 20-də xüsusi qürur və ehtiramlaqeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü kimitəsis edilmişdir. Bu əlamətdar tarix Ağdamın otuz ilə yaxın davam edən erməniişğalından azad olunmasının, həm də ədalətin və tarixi yaddaşın bərpasının rəmzidir.
Ağdam qədim zamanlardan bəri Azərbaycanın mədəni, iqtisadi və mənəvi həyatındamühüm mərkəzlərdən biri olmuşdur. Qarabağ xanlığının banisi Pənahəli xanınhakimiyyəti dövründən etibarən bu bölgə Azərbaycanın dövlətçilik tarixində xüsusiəhəmiyyət kəsb etmişdir. Şəhərin adı qədim türk dillərində “ağ ev“, “günəşli, işıqlı ev” mənasını verir və onun qonaqpərvər simasını əks etdirir. Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələr bəxş etmiş Ağdam muğam ifaçılıq sənətininbeşiklərindən biri kimi tanınır. Qarabağ muğam məktəbinin görkəmli nümayəndələri, xanəndələr, el sənətkarları bu torpaqda yetişmiş, Azərbaycan musiqi mədəniyyətinidünya miqyasında tanıtmışlar. Eyni zamanda, rayonda yerləşən tarixi abidələr – XIV əsrə aid Qacar kəndi yaxınlığındakı türbələr, Şahbulaq qalası, eləcə də XIX əsrə aidməscidlər bölgənin qədim və zəngin irsə malik olduğunun əyani sübutudur.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam ağırdağıntılara məruz qaldı. İşğal nəticəsində rayonun infrastrukturu tamamilə məhv edildi, tarixi abidələr vandalizmə uğradı, yüz minlərlə sakin öz doğma yurd-yuvasındandidərgin düşdü. İşğal illərində düşmən tərəfindən “Qafqazın Xirosiması”na çevrilənAğdamda bir dənə də olsun salamat bina demək olar ki, qalmamışdı.
Lakin 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqgöstərərək düşməni darmadağın etdi. Azərbaycan əsgərinin qanı və canı bahasına əldəolunan hərbi-siyasi qələbə nəticəsində düşmən kapitulasiyaya məcbur edildi.
Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, diplomatik səriştəsi vəsərkərdəlik məharəti sayəsində Ağdam şəhəri bir qətrə də qan tökülmədən, hərbi-diplomatik yolla 20 noyabr 2020-ci il tarixində işğaldan azad olundu. Bu tarixi hadisəAzərbaycan xalqının çoxillik həsrətinə son qoydu və ölkəmizin ərazi bütövlüyününbərpasında mühüm mərhələ oldu.
Ağdam azad olunduqdan dərhal sonra dövlət başçısının təşəbbüsü ilə rayondagenişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işlərinə start verildi. Cənab Prezidentİlham Əliyev işğaldan azad olunan torpaqlara səfərləri çərçivəsində dəfələrlə Ağdamdaolub, təməlqoyma və açılış mərasimlərində iştirak edib.
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Ağdamda həyata keçirilən layihələrəsasən aşağıdakı istiqamətləri əhatə edir:
İnfrastrukturun yenidən qurulması: Bərdə-Ağdam avtomobil və dəmir yolu xətlərininçəkilməsi, elektrik enerjisi, qaz, su və rabitə xətlərinin bərpası.
Şəhərsalma və yaşayış kompleksləri: Ağdam şəhərinin baş planı əsasında müasir, ekoloji cəhətdən təmiz “Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq yeni yaşayışməhəllələrinin tikintisi.
Sənaye və iqtisadi potensial: Ağdam Sənaye Parkının yaradılması, sahibkarlığındəstəklənməsi və yeni iş yerlərinin açılması ilə bölgənin iqtisadi həyatınıncanlandırılması.
Ağdam Sənaye Parkı işğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunun dirçəldilməsi, bölgədə sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması məqsədilə AzərbaycanRespublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Ümumisahəsi 190 hektar olan park strateji coğrafi mövqeyi ilə seçilir və regional sənayeqovşağı funksiyasını daşıyır.
Parkın ərazisi qida sənayesi, kiçik sənaye və xidmət sahələri, iri sənaye müəssisələri, sosial və texniki zonalar, həmçinin TIR parkı və tikinti materialları bazası kimi funksionalbölmələrə ayrılmışdır.
Bu gün Ağdam sürətlə dirçələrək regionun mühüm logistik, sənaye, mədəniyyət vəturizm mərkəzinə çevrilməkdədir. Görülən nəhəng işlər yaxın gələcəkdə Ağdamı CənubiQafqazın ən müasir, abad və yaşayış üçün ən əlverişli şəhərlərindən birinə çevirəcəkdir.
Doğma yurdlarına qayıdan ağdamlıların həyat şəraitinin yüksəldilməsi, bölgədədayanıqlı iqtisadiyyatın qurulması və ekoloji tarazlığın bərpası Azərbaycan dövlətiningücünü və qətiyyətini bir daha nümayiş etdirir. 20 Noyabr – Ağdam Şəhəri Günü həm dəqələbənin, dirçəlişin və xalqımızın əbədi xoşbəxt gələcəyə doğru inamla irəliləməsinintəntənəsidir.
Sabir Məmmədli,
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiyatəşkilatının fəal üzvü



