Analitika

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə xidmət etdi

Prezident güclü və qüdrətli, öz məqsədinə doğru inamla, qətiyyətlə, səbr və təmkinlə irəliləyən Azərbaycan obrazını canlandırdı. Bu obraz 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət xətti əsasında meydana çıxaraq ayaqda qalmaq, var olmaq naminə dirəniş və əzm göstərmişdi. Dövlət başçımızın davam etdirdiyi kurs isə ona qətiyyət və prinsipiallıq immuniteti qazandırdı. Ən böyük uğur da elə budur. Uğurun zirvəsi Azərbaycanın gördüyü çətinliklərin, yaşadığı məhrumiyyətlərin mükafatı olmaqla yanaşı, ədalətin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini ölkəmizin son 20 illik tarixinə baxış nöqteyi-nəzərdən qısa hesabat və ən əsası növbəti 20, 30 illik, hətta 100 illik hədəflərinin müəyyənləşdirilməsi üçün yol xəritəsi adlandırsaq, yerinə düşər. Dövlət başçısının həmişə olduğu kimi, yenə də həm dünya, həm də ölkə ictimaiyyətinə çatdırdığı vacib mesajlar bir çox mətləblərə aydınlıq gətirdi. Bu zəruri məqamlardan saatlarla, danışsaq və yazsaq da yenə zaman yetməz. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Belə ki, iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərmişdir. Dövlət başçısının xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınmışdır.

Müsahibə zamanı Prezident İlham Əliyevin aydınlıq gətirdiyi bir qeyri-müəyyənlik Azərbaycan-Ermənistan sülh danışıqlarında mümkün olan sərhədlərin delimitasiya və demarkasiya məsələsində hansı xəritələrin əsas götürülməsi ilə bağlı idi. Bu məsələdə ermənilər və onların bəzi xarici yandaşları tərəfindən ötən əsrin 70-ci illərinin xəritələrinin əsas götürülməsi daha çox qabardılır. Prezidentin fikirlərindən bir daha məlum oldu ki, məhz bu tarixə qədər sovet hakimiyyəti tərəfindən Azərbaycanın tarixi torpaqlarının hissə-hissə qoparılıb Ermənistana verilməsi prosesi başa çatdırılıb. Onun üçün Ermənistanın başsız başçıları həmin xəritələri əsas götürmək istəyirlər ki, hətta əkin üçün müvəqqəti verilən on minlərlə hektar torpaqlar da onların ərazisi olaraq təsdiqlənsin. Amma Prezident İlham Əliyevin ədalətli yanaşması ondan ibarətdir ki, ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ya da sovetləşmə dövrünün xəritələri əsas götürülməlidir. Belə olan halda tarixi torpaqlarımızla bağlı bütün mübahisəli məsələlər də öz həllini asanlıqla tapmış olacaq. Ölkəmizin bundan sonrakı inkişafı üçün növbəti hədəflərin və yeni misiyanın nədən ibarət olması ilə bağlı ölkə rəhbərinin fikir və mülahizələri də diqqəti xüsusi cəlb edir. O, vacib sayır ki, cəmiyyətdə bu istiqamətdə müzakirələr getməlidir. Prezident açıq şəkildə bəyan edir ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Başqa sözlə, biz ölkəmizin növbəti 100 illik üçün inkişafını şərtləndirəcək əsas hədəfləri müəyyənləşdirməliyik.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button