AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycan–Türkmənistan əlaqələrinə yeni dinamika qazandırıb

Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmasına, dost və tərəfdaş dövlətlərlə münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiya nəticəsində Azərbaycan regionda etibarlı tərəfdaş kimi qəbul olunur. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri və keçirilən yüksək səviyyəli görüşlər də bu siyasətin uğurlu nəticələrindən biridir.

Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin əsas istiqamətlərindən biri türk dünyası ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Türkmənistanla əlaqələrin davamlı inkişafı bu siyasətin mühüm tərkib hissəsidir. Dövlət başçıları arasında qarşılıqlı etimad və səmimi münasibətlər əməkdaşlığın bütün sahələr üzrə genişlənməsinə yeni imkanlar yaradır.

Səfər çərçivəsində aparılan müzakirələr zamanı siyasi, iqtisadi, nəqliyyat, logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın perspektivləri ətraflı nəzərdən keçirildi. Verilən tapşırıqlar və əldə olunan razılaşmalar göstərdi ki, hər iki ölkə münasibətləri daha da inkişaf etdirməkdə qətiyyətlidir. Bu isə Prezident İlham Əliyevin uğurlu diplomatiyasının real nəticəsidir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına Türkmənistanın göstərdiyi dəstək də dövlətlər arasında formalaşmış yüksək siyasi etimadın göstəricisidir. Bu, Prezident İlham Əliyevin beynəlxalq aləmdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti uğuru kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin çıxışında Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə təşəkkür etməsi iki qardaş ölkə arasında münasibətlərin səmimiliyini bir daha nümayiş etdirdi. Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü dostluğun və qardaşlığın mühüm rəmzinə çevrilib.

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu məhz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində daha da möhkəmlənib. Türkmənistanla inkişaf edən münasibətlər də bu uğurlu diplomatiyanın mühüm istiqamətlərindən biri kimi diqqət çəkir.

Heç şübhəsiz, Prezident İlham Əliyevin uzaqgörən diplomatik fəaliyyəti Azərbaycan–Türkmənistan münasibətlərinə yeni dinamika qazandırıb. Bu siyasət gələcəkdə də strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, türk dünyasında həmrəyliyin güclənməsinə və regionda sülhün, sabitliyin təmin olunmasına mühüm töhfə verəcəkdir.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button