Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına müsahibəsi bölgədə cərəyan edən son proseslər fonunda mühüm hadisədir
Təbii ki, Azərbaycanın prioritetləri, niyyəti aydındır, lakin yeni reallıqları qəbul etmək istəməyən, regionda gərginliyin aradan qalxmasını arzulamayanlar üçün proseslərin hansı səmtdə inkişaf edə biləcəyi ilə bağlı cənab İlham Əliyev dünyanın 160 ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformada aydın yol xəritəsi cızdı. Diqqət yetiriləcək digər vacib məqam müsahibənin məkanı və dövlət başçısının məhz Şuşadan qalib kimi sərgilədiyi siyasi qətiyyət oldu. Azərbaycanın mədəniyyət paytaxtında, müsahibəyə fon olaraq Xan qızının – Natəvanın işğal dövründə, erməni vandalları tərəfindən dağıdılmış imarətinin xarabalığını seçməklə Prezident artıq bir neçə addım öndən başlayaraq prosesin idarəçiliyini ələ aldı. Dövlət başçısı göstərdi ki, daşa, divara, mədəni irsə, təbiətə qənim kəsilən bir düşmənlə üz-üzə qalmışıq və bu gün məhz bu adamları sülhə, birgəyaşayışa, əməkdaşlığa dəvət edirik.
Müsahibənin məzmununa gəlincə, həm haqlı, həm güclü tərəf olması İlham Əliyevə imkan verdi ki, hər kəsi maraqlandıran, hətta dost olmayanların belə reaksiya gözlədiyi məsələlər üzrə açıq və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirsin.
İlk növbədə, dövlət başçısı müxtəlif manipulyasiyalarla bölgəyə “sülh” gətirmək istəyənlərə açıq mesaj verdi, “əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”. Yəni, Azərbaycan Prezidenti açıq formada dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, sülh prosesini ləngidən tərəf bəllidir və əgər həqiqətən kimsə regionun sabit əməkdaşlıq mühitinə çevrilməsində maraqlıdırsa, anlamalıdır ki, maneə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir. İkincisi, Azərbaycan sülh prosesinin özündə maraqlıdır, bu istiqamətdə bütün sağlam platformalar bizim üçün məqbuldur və Rusiyanın, yaxud Qərbin vasitəçiliyinin rəqabətə çevrilib-çevrilməyəcəyinə fokuslanmamışıq. Prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir. Amma, eyni zamanda, dövlət başçısı maraqlı görünən tərəfləri haqlı olaraq fakt qarşısında qoydu – Ukrayna və Gürcüstanda separatizmlə mübarizədə Qərbin necə birləşdiyini görürük, eyni mənşədən olan separatizmə son qoymaq üçün Azərbaycanın legitim istəyi isə sual altına alınır. Əlbəttə, bu, ən azı avropalı siyasətçilərin “Euronews”un qoca qitədəki 250 milyonluq tamaşaçısı önündə izah etməli olduğu ikili standartdır ki, möhtərəm Prezident böyük siyasi ustalıqla bu haqlı məsələni siyasi dövriyyəyə buraxdı.
Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq.
44 günlük müharibə Azərbaycan xalqı üçün nə qədər ağır və kədərli olsa da torpaqlarımızın müstəqilliyi uörunda mübarizədə qələbə qazanmaq bizim gələcəyimiz üçün önəmli bir addım oldu. Prezdent İlham Əliyev öz müsahibəsində bildirdi ki biz həmişə ədalətli, sülh yolu ilə,danışıqlar vasitəsilə regonda suverenliyimizi bərpa etməyə çalışmışıq. Bəli, bu yolda bizə dəstək olan dövlətlər olsa da Ermənistan hökuməti sülh danışıqlarını hələ ki qəbul etmir.
Brüssel görüşləri Avropa İttifaqı tərəfindən təşkil olunur və bu görüşlərin hər 2 tərəf üçün böyük əhəmiyyəti var. Prezident qeyd etdi ki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular;Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir.
Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq.
Laçın dəhlizi adlandırılan yol İkinci Qarabağ müharibəsinin bitməsindən sonra fəaliyyətini işğal vaxtında işləyən qaydada təxminən iki il davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi.
Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi.
Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.
Yəni, fəaliyyətdə dayanma, bizim tərəfimizdən hər hansı müdaxilə yox idi. Bununla belə, orada vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səyləri ötən il noyabrın əvvəlində Qarabağda təbii sərvətlərin yenidən qeyri-qanuni istismarı ilə bağlı idi. Müharibədən sonra bu proses dayandırılmışdı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Amma sonradan – noyabrda həmin proses yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yol yenə də bağlı deyildi, hərəkət azad idi.
Prezident həmçinin qeyd etdi ki. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir
Müharibə uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi.
Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir.
Ermənistan sülh istəsə biz ona nail olacağıq. Prezident qeyd etdi ki, yəni sülh prosesi ikitərəfli razılıq əsasında əldə edilməlidir Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.
Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.
Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir?
Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı.
“Euronews”a müsahibənin məqamlarından biri də dövlət başçısının bölgədə yeni reallıqların yaradıcısı və qalib lider kimi Qarabağın erməni sakinləri və Ermənistan əhalisinə müraciəti oldu.
Çağırışda iki vacib istiqamət nəzərə çarpır. Birincisi, Qarabağdakı ermənilər ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Dövlət başçısı bəyan etdi ki, “Qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək”. İkincisi, Ermənistan erməniləri anlamalıdır ki, Azərbaycan sülh arzulayır. Ermənilər artıq reallıqların fərqinə vararaq hazırkı geosiyasi vəziyyət və qüvvələr balansını aydın dərk etməlidirlər.
Müsahibədə ən diqqətçəkən məqam isə artıq Azərbaycanın qalibiyyətinin qəbul edilməsi ilə bağlıdır. Müvafiq sualdan da göründüyü kimi, 400 milyonluq auditoriyası olan “Euronews” Azərbaycan Prezidentini istisnasız qalib kimi çəkinmədən təqdim edir. Azərbaycan Prezidenti isə bu qalibiyyəti, əslində, beynəlxalq ədalətin bərpası, beynəlxalq hüquq prinsiplərinin bərqərar olunması prizmasına salır.
Kəmalə Nuriyeva,
Xəzər rayonu, 322 №li tam orta məktəbin müəllimi