AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub

Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası mühüm tarixi mərhələdir. Uzun illər işğal altında qalan torpaqların azad edilməsi xalqımızın milli iradəsini, dövlətimizin gücünü və müstəqil siyasətinin nəticələrini nümayiş etdirdi. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bu tarixi prosesin mərhələlərinə toxunaraq Azərbaycanın üzləşdiyi çətinlikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Dövlət başçısı qeyd etdi ki, Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi uzun müddət işğal altında qalıb, bir milyon azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Bu dövrdə şəhər və kəndlər dağıdılıb, tarixi və dini abidələrə ciddi ziyan vurulub. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması münaqişənin həllini illərlə gecikdirən əsas amillərdən biri olub.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Azərbaycan Ordusu döyüş meydanında uğurlar qazanaraq çoxsaylı yaşayış məntəqələrini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat hərbi əməliyyatların dayandırılmasına şərait yaratdı. Bununla belə, Azərbaycanın suverenliyinin tam bərpası prosesi həmin mərhələdə başa çatmamışdı.

2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağda dövlət suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, bu hadisə separatizmə son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bununla öz ərazisində konstitusiya quruluşunun və suveren idarəçiliyin bərpasına nail oldu.

Bu tarixi nəticə Azərbaycanın qarşısında yeni vəzifələr də müəyyənləşdirir. Azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və regionda davamlı sülhün təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyini qorumaq və sülhü möhkəmləndirmək xətti beynəlxalq platformalarda da ardıcıl şəkildə ifadə olunur.

Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button