
Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin irəliləməsinə, sülh sazişinin paraflanmasına görə deyil, həm də dövlətimizin başçısının şəxsən sülhə, əməkdaşlığa və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsidir”.Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) – Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Şübhəsiz, bu da Azərbaycan–Ermənistan münasibətlərində etimadın formalaşması və sülh gündəliyinə öz töhfəsini verən strateji hadisədir. Onu da qeyd edək ki, bu kimi məsələlərdə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin, daha doğrusu, “xalq diplomatiyası”nın da birgə səyləri mühüm rol oynayıb.
Bütün bunlar göstərir ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olub. Dövlətimizin başçısının sözləri ilə desək, bu altı ay iki ölkə arasında münasibətlərin inkişafı baxımından çox mühüm olmuşdur. Bu fakt isə Ermənistan-Azərbaycan münaqişəsinin artıq geridə qaldığını bir daha təsdiqləyir. Xatırladaq ki, həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, həmçinin Birgə Bəyannamə imzalanıb. Bununla da üç onillikdən artıq davam edən qanlı və ölüm saçan münaqişəyə son qoyulub. Şübhəsiz, sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan bunları həyata keçirmək mümkün olmazdı. Bir məsələni də xüsusi vurğulayaq ki, əgər Azərbaycan 44 günlük müharibədə Zəfər qazanmasaydı, lokal antiterror əməliyyatı ilə erməni daşnaklarlını ərazisindən qovub çıxarmasaydı, mütilik nümayiş etdirsəydi regionda nə sülhdən, nə də sabit gələcəkdən danışmaq olardı.
Prezident İlham Əliyevin fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşündə bu kimi məsələlər bir daha gündəmə gətirilib. Görüşdə tərəflər əldə olunan irəliləyişləri alqışlamaqla yanaşı, hazırda mövcud olan bu müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Onlar, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnuqlarını bildirib, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Şübhəsiz, TRIPP-in liderlər səviyyəsində müzakirəsi regionun gələcəyini qlobal müstəviyə daşıyır. Bu, həm də Qafqazın gələcəyində yeni bir səhifənin açılacağından xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, iqtisaçıların fikrincə, TRIPP Ermənistanı uzun illər davam edən təcriddən çıxarmaqla yanaşı, bu ölkəyə hər il milyonlarla dollar birbaşa tranzit gəliri gətirəcək. Türkiyə Orta Dəhliz marşrutu üzrə mövqelərini möhkəmləndirərək Mərkəzi Asiya ölkələri ilə əlaqələri fəallaşdıracaq.
Bununla da TRIPP bütöv bir regionun taleyini dəyişəcək. dövlətlə neft məhsullarının ixracına başlaması və tranzit məhdudiyyətlərinin aradan qaldırılması sülhün praktiki təzahürüdür.
Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi mesajlar Cənubi Qafqazın gələcək onilliklərini müəyyənləşdirəcək strateji baxış sənədidir. Azərbaycanın təqdim etdiyi yol xəritəsi göstərir ki, hətta ən mürəkkəb münaqişələr belə siyasi iradə, praqmatik diplomatiya və humanist dəyərlərin sintezi nəticəsində həll oluna bilər.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyasının, məsləhətçisi



