Analitika

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində çıxışı ilə əlaqədar düşüncələr

2020-ci ilin sonunda Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP istifadəyə verildi. Bu böyük bir çoğrafiyada enerji təhlükəsizliyinin həlledici amilinə çevrilib. Avrasiyanın enerji xəritəsinə yenilik gətirən Cənub Qaz Dəhlizi geosiyasi hadisələr fonunda əlamətdar hadisədir. Bakıda 2015-ci ildən Cənub Qaz Dəhlizi ilə əlaqədar toplantılar kecirilir. Bu gün artıq IX toplantıya dövlət başçıları yıgışıb. Bu toplantıda görülmüş işlərə nəzər salmaq, yeni perspektivləri qiymətləndirmək olduqca əhəmiyyətlidir. Bu günki görüşü yaşıl enerji ilə bağlı ilk toplantı da adlandırmaq olar. Dünyada baş verən proseslər bu görüşlərin miqyasını önə cıxarır. Respublika Prezidenti bu görüşdə geniş və hərtərəfli çixiş etdi.

İlk öncə Rumıniya Prezidenti salamlandı. Rumıniya enerji təhlükəsizliyi məsələsinə xüsusi fikir verir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Azərbayan buna hazirdır. Əvvəlki illərdə görülmüş işlər bizim səylərimizlə görülmüşdür və bu baxımdan heyətimiz daha da genislənir.

Ötən il Bakıda Avropa komissiyasının rəhbəri Ursula Fon der Lyayenin iştirakı ilə imzalanan Strateji Memorandum uğurlu əməkdaslığın zəmanətidir. Cənub Qaz Dəhlizi 2 ildən çox vaxt əvvəl açılıb. İndi biz TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genisləndirilməsini nəzərdən keciririk. Və bu zaman TAP-in 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genisləndirilməsindən danisiriq.

Hazırda ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropya qaz təhcizatının artırılması ilə bağlı Avropa komitəsi ilə imzalamış memorandumlardan dərhal sonra Azərbaycandan daha çox qazın ixrac edilməsi məqsədi ilə əlavə imkanların yaradılması üçün əlavə işər görülür.

Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazirda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsi ilə əlaqıdar danişiqlar gedir. Təbii qaz ehtiyatları ən azı 100 il müddətə bəs edər. Bu baximdan layihələr gələcəyə doğru hesablanmalıdır. Konseptual məsələlər öz həllini tapmalıdır. Fəaliyyət necə qurulacaq, hər ölkənin məsuliyyəti nədən ibarət olacaq, bütün bunlar əvvəlcədən razılaşdırılmalıdır. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq daimi olmalıdır. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Ruminiya, Moldova, Albaniya, Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər. Avropa komissiyası, ABŞ, Böyük Britaniya hökumətləri Layihəyə böyük dəstək verirlər. SOCAR və BP bir biri ilə strateji əlaqə quran aparıcı şirkətlərdir. Hələ 30 il də bu əlaqə davam edəcəkdir.

Qeyd etmək lazımdır ki, dünyanın aparıcı maliyyə şirkətləri Dünya Banqı, Avropa Yenidənqurma və İnkişaf Banqı, Avropa İnvestisiya Banqı bunlara misal ola bilər. 100 milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan yaranacaq.

“Bu yaxınlarda BP şirkəti ilə birgə bir layihənin icrasına başlanacaq. Bu işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində inşa edilən 240 meqavatlıq elektrik stansiyasi olacaq. Bizim güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlatda, müxtəlif ölkələrlə birlikdə iştirak etdiyimiz bütün layihələr istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz kəməri istərsə Cənub Qaz Dəhlizi, hamısı uğurlu olmuşdur. Beləliklə Avropa dövlətlərinə həm qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı planlarımız uğurlu olacaq. Bunun üçün komanda şəklində işimizi davam etdirib bir-birimizi dəstəkləməliyik” – deyə Prezident nitqində qeyd etmişdir.

Əliyev Elçin,
Xəzər rayonu, 26 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button