AnalitikaGündəm

Prezident İlham Əliyev Xankəndidə verdiyi mesajlarda bütün dünyaya Azərbaycanın gücünü göstərmiş oldu

Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru iri və möhkəm addımlarla irəliləyirdi. Ali Baş Komandanımız bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdı. Eyni zamanda, güclü iqtisadiyyat yaradaraq uğura imza atdı.

Nəhayət 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndidə qaldıraraq xalqımıza 30 ildən çox səbirlə gözlənilən ən böyük müjdəni verdi. Bu xəbərə bütün Azərbaycan xalqı ürəkdən sevinirdi, çünki bu xəbəri almaq onların arzusu idi.

Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalı, güclü ordun olmalıdır. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdı. Elə bir güclü ordu yaratdı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Biz bunu, Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində gördük. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən Ali Baş komandanım və onun ordusu dünyaya meydan oxuyacaq qədər güclüdür. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri, zabiti, qazi və şəhidi ilə Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Bütün Azərbaycan xalqı yaxşı bilir ki, Ali Baş Komandanımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışdı, lakin vətən həsrətinə son qoymaq lazım idi. Nəhayət 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı. Bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz Qələbə qazandıq. Qələbə əbədi bizimlə olacaq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, dillər əzbəri olub. Bu Qələbə Azərbaycan tariximizdə əbədi olaraq qalacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.
Bu gün fəxr hissi ilə deyirik Xan kəndinə qayıtdı, Xankəndinə qayıtdı.

Məmmədova İlahə,
Xəzər rayonu, 125 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button