Prezident İlham Əliyev tarix yazan liderdir
Prezident İlham Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətində parlaq səhifələrə nəzər salsaq yenə bir həqiqətə şahidlik etmiş olarıq: dövlət başçısı zəkası ilə bütün sferaları aydınlatmışdır. İctimai-siyasi sabitlik, yeni iqtisadi modelin uğurları, mükəmməl diplomatiya, çevik və balanslaşdırılmış xarici siyasət kursu, daxili əmin-amanlıq, humanizmə söykənən sosial siyasət prezidentin gerçəkləşdirdiyi ağır, fəqət şərəfli və taleyüklü missiyanın uğurlu taleyindən xəbər verir. İlham Əliyev Prezident və siyasi Lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.
Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da Onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Ali Baş Komandan Azərbaycan üçün yeni bir tarix yazılan bu dönəmdə o qədər uzaqgörən və çevik siyasət yürüdürdü ki, kimsə, heç bir güc Azərbaycanı sübutlarla, faktlarla beynəlxalq hüququ pozmaqda, ədalətsizlikdə ittiham edə bilməzdi.Liderə sonsuz inam, sevgi və xalq-Lider birliyi Müharibə ərzində İlham Əliyevin hər bir çıxışı xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi. Prezidentin çıxışları uşaqdan böyüyə dillər əzbərinə çevrildi. Hər kəs Prezidentin verəcəyi qələbə mesajlarını səbirsizliklə gözləyirdi. Bu Lider-Xalq birliyinin, inamın, sevginin yüksək göstəricisi idi. Artıq Prezidentin çıxışlarında göstərdiyi yumruq qələbənin, dövlət-xalq-ordu həmrəyliyinin simvoluna çevrilmişdi. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu.
Sultanzadə Gülər,
Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı,YAP-çı,MSK-nın üzvü