Siyasət

Prezident İlham Əliyev: Birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yazıb.

Qabon Prezidentini və onun simasında bütün xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən Prezident İlham Əliyev bu əlamətdar gündə Ali Bonqo Ondimbaya ən xoş arzularını çatdırıb, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyib.

Oxşar Xəbərlər

Back to top button