Analitika

Pamirdən Xəzərə: Tacikistan-Azərbaycan münasibətlərində mövcud tendensiyalar

İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulmuşdur. 22 sentyabr 2007-ci ildən Tacikistanda Azərbaycan Respublikasının səfirliyi fəaliyyət göstərir. Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 23 mart 2008-ci ildən fəaliyyətə başlamışdır. Tacikistanın Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələri ənənəvi olaraq qarşılıqlı hörmət və tərəfdaşlıq ruhunda inkişaf edir. Tacikistan və Azərbaycan BMT, ATƏT, MDB, İƏT və eko kimi təşkilatlar çərçivəsində beynəlxalq səviyyədə tərəfdaşdırlar.

Tacikistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, aqrosənaye kompleksi, energetika, yüngül sənaye, nəqliyyat və kommunikasiyalardır.

Tacikistan şirkətləri neft və aqrosənaye sahələrində azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan investisiya cəlb etməklə müştərək müəssisələrin yaradılmasına mümkün çıxış yolu ilə sıx əməkdaşlıq qurublar. Azərbaycanın “SOCAR” Dövlət Neft Şirkəti, eləcə də bir sıra digər Azərbaycan şirkətləri ilə ticari-iqtisadi əməkdaşlığın müxtəlif sahələrində əməkdaşlıq qurulub.

Nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlıq və Azərbaycanın tranzit imkanlarından istifadə iqtisadi əlaqələrin əsas seqmentidir. Tacikistan məhsullarının əsas yük axını Transqafqaz dəhlizi boyunca həyata keçirilir.

Qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə iki dövlət başçısının müxtəlif formatlarda görüşləri böyük dərəcədə kömək edir.  Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Prezident İlham Əliyev vurğuladı ki, artıq nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır: “Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”.

İslam Bafadarov,
YAP-ın gənc fəalı.

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button