Analitika

Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini özündə birləşdirən bir bayramdır

Novruz Mərkəzi Asiya və Azərbaycanın bir çox icmaları tərəfindən qeyd olunan ənənəvi bayramdır. Novruz bayramı martın 20-21-də Azərbaycan təqviminə görə bahar bərabərliyini və yeni ilin başlanğıcını qeyd edir. Şənliklər ümumiyyətlə bir neçə gün davam edir və müxtəlif adət və ənənələri əhatə edir.

Novruz  bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.

Adətlərə görə, Novruz bayramı müxtəlif xalq oyunları, musiqi və rəqslərlə də qeyd olunur, burada insanlar ənənəvi geyimlərdə geyinir və paradlarda və küçə şənliklərində iştirak edirlər.

Ümumiyyətlə, Novruz bayramı baharın gəlişi və həyatın yeniləşməsinin şən və rəngarəng bayramıdır, bütün Azərbaycan üzrə ailələri və icmaları birləşdirir.

Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur, ölkə başçısı xalqı rəsmi müraciətlə təbrik edir. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram iş günü hesab edilmir.

Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini indi də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm  hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bayram kimi qeyd olunur. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir.

Yalnız Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. İctimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu öndər xalqda milli heysiyyəti gücləndirdi, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Xalqımız keçmişin ağır buxovlarından azad olduqdan sonra  əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button