Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir

Bakı şəhəri Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir. Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 9 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir.
Aktualinfo.az xəbər verir ki, bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Moskva prospekti boyunca 1000-dən artıq dekorativ gül kolları və çiçəklər, 150-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcəkdir.
Aksiyada YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.