Analitika

Müstəqil Azərbaycanın həyatında Yeni Azərbaycan Partiyasının rolu

Yeni Azərbaycan Partiyası ölkənin ən çətin, ən ağır günlərində, yenicə müstəqillik qazanmış dövlətin müstəqilliyini itirməsi təhlükəsi olan bir dövrdə, görkəmli ziyalıların böyük səy və təşəbbüsü ilə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. 91 nəfər Azərbaycan ziyalısı  Heydər Əliyevin yeni yaradılan partiyaya rəhbərlik etməsini istəyirdi.

Heydər Əliyev qısa zaman ərzində partiyanı inkişaf etdirdi, cəmiyyətin aparıcı qüvvəsinə çevirdi. Partiyanın əsas prinsipləri dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, qanunçuluqdur. Bu günə qədər uğurlu və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası bu gün də öz prinsiplərinə sadiq qalır.  Həm ziyalılar, həm də xalq Heydər Əliyevin hakimiyyətinə böyük ümidlər bəsləyirdi. Çünki ölkəni daxilindəki hərc-mərclikdən, vətəndaş müharibəsindən, hakimiyyət uğrunda gedən çəkişmələrdən yalnız müdrik bir siyasətçi xilas edə bilərdi. Bu çətin vəziyyətdə xalqın tək ümid yeri Heydər Əliyev idi. Həqiqətən də, ulu öndər xalqı yanıltmayıb, dövlətin, cəmiyyətin inkişafı üçün əlindən gələni edib, ömrünü dövlətinə, xalqın rifahının və layiqli həyat səviyyəsinin təmin edilməsinə həsr edib.

Yeni Azərbaycan Partiyası hazırda nəinki Azərbaycan Respublikasının, hətta demək olar ki,  regionun ən böyük partiyasıdır.  Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasını “dünənin, bu günün və sabahın partiyası” adlandırmışdır.  Yarandığı gündən bu günə qədər ölkənin dirçəlməsində və inkişafında partiyanın özünəməxsus rolu olmuşdur.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button