Analitika

Münxendəki son müzakirələr regionun taleyi üçün xüsusi əhəmiyyətli hesab olunur

15 fevral 2023-cü il tarixli Münxen Təhlükəsizlik Konfransı bu il də bir sıra mühüm hadisələrlə yadda qaldı. Bunlardan ən başlıcası o idi ki, tarixdə ilk dəfə Münxen Təhlükəsizlik Konfransı vasitəsiləAzərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşdülər. Heç şübhəsiz ki, bu görüşdə də bir sıra vacib məqamlara  toxulunuldu ki, bu məqamlardan bəlkə də ən mühümü Qarabağla bağlı səsləndirilən fikirlər oldu. Cənab Prezident İlham Əliyevin bir sıra görüşlərdə və aparıcı arenalarda söylədi kimi 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.Azərbaycanın Ali Baş Komandadı İlham Əliyev yeni reallıq yaratdı, hazırda Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdiyini, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur:  “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Bundan əlavə Prezident İlham Əliyev, Rusiya-Ukrayna müharibəsinin Azərbaycana mümkün təsirləri və prosesdə Azərbaycanının rolu barədə çıxış etdi. Müharibə mövzusu Azərbaycan üçün tanışdır. Azərbaycan 30 ilə yaxın münaqişədən əziyyət çəkib və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızı Ermənistanın işğalından azad edib. Azərbaycan dövləti Vətən müharibəsindən topladığı təcrübə ilə Rusiya Ukrayna müharibəsinə yanaşmada daha obyektiv, tərəfsiz və peşəkar mövqe nümayiş etdirir. Prezident İlham Əliyev bu müharibənin iqtisadi bazarına qaçınılmaz təsirinə də toxunub. İstər pandemiya, istərsə də müxtəlif ölkələrdə müşahidə edilən hərbi və siyasi toqquşmalar dünya iqtisadiyyatına öz mənfi təsirlərini göstərməkdədir. Lakin Cənab Prezidentin apardığı uğurlu xarici və daxili siyasətin nəticəsi olaraq bütün baş verənlərin fonunda Azərbaycan güclü potensialına, geniş iqtisadi imkanlarına əsaslanmaqla və preventiv tədbirlər həyata keçirməklə xarici mənfi şokların ölkə iqtisadiyyatına təsirlərini minimuma endirdi. 

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button