Analitika

Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü

“Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Qalib ölkə liderinin bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq miqyasda iqtisadi, siyasi, diplomatik üstünlüklərinin açıq-aydın ifadəsi idi. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir.

Onun sözlərinə görə, bölgədə sülhün təmin olunması üçün beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulması təcrübəsinə əsaslanan əsas şərtlər növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi, Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlanılması kimi məsələlər gündəmə gətirildi. Konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda həm də tarixdə ilk dəfə olaraq Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri bir araya gəldilər.

Rəşadət Xalıqov həmçinin qeyd edib ki, bu ilki platforma çərçivəsindəcdə Azərbaycanın dövlət maraqları cənab Prezident tərəfindən qətiyyətlə qorundu. Münxen Təhlükəsizlik Konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırlmasında önəmli və vacib fürsət oldu.

Oxşar Xəbərlər

Back to top button