Müasir dövrdə enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyi güclənir
Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyev 10 yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına müsahibə verib. Müsahibəsində bir çox əhəmiyyəti məsələləri diqqətə çatdırmışdı. 2022-ci ilin yekunları, regional və qolobal siyasi vəziyyət, əhalinin rifahının yaxşılaşdırılması, sosial-iqtisadi yönümlü tədbirlər, enereji təhlüksizliyi, dövlətimizin hərbi-siyasi uğurları haqqında geniş təhlillər aparıb. Cənab prezident çıxışı zamanı bildirib ki, ölkəmizin postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq arenada əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, geridə qoyduğumuz il ölkəmiz üçün çox uğurlu olmuşdur. 2023-cü ildə də bu uğurların daha yüksək templə davam etməsi üçün hər bir vətəndaşla birlikdə çalışmalıyıq. Xüsusilə müasir dövrün dəyişən tələblərində enerji təhlükəsizliyi məsələlərində doğru istiqamətli qərarlar verərək addımlamalıyıq.
Nəzər almalıyıq ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Cənab prezident bildirib ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub. Azərbaycanın neft-qaz sənayesi layihələrini uğurlu şəkildə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, bəzi məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub.Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan bir çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladı.
Son dövrün tədqiqatları nəzər salsaq görərik ki, 2,6 trilyon kubmetr qaz bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsindəki məqsədimiz Avropa İttifaqı ilə tədarükün artırılmasını hədəfləmiş olmağımızdı. Lakin bundan ötrü hasilata investisiya qoyulması zəruridir. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq. Dövlət başçısı bildirib ki, qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla qapalı məkanda qalacağıq. Buda dəyişib inkişaf edərək güclü dövlətə çevrilmək istiqamətindəki düşüncələrimizə böyük maneə yarada bilər. Müasir dövrün əsas tələbi tərəfdaşlıq müsanasibətləri istiqamətində inkişaf etməyi təmin edir.
Cənab prezident yeni layihələrin əhəmiyyətində söz açmışdır. Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən isə həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır. Bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək. Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur. Ona görə də, bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik. Hazırda bu istiqamətdə qazlaşdırma yerlərinin seçilməsinin, ilk olaraq hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılmaqdadır. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq.
Rusiya-Ukrayna müharibəsinin başlaması enerji məsələlərində Azərbaycan daha çox diqqətə çevirdi.Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. Həmin ölklərlə indi hazırda bizim qazımızı idxal edirlər. Heç vaxt bizdən qaş almayan həmin dövlətlər tərəfdaşlığı davam etdirmək istəyirlər. Prezident onu da bildirib ki,Transxəzərlə bağlı uzun illərdi ki, müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir. TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da hamısını indi Azərbaycan qazı ilə təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır.
Dövlət başçısın Azərbaycanın enerji imkanlarından danışıb. Enerjiyönümlü məsələlərdə Azərbaycanın daha əsas yanaşması xüsusilə vurğulnıb. Azərbaycanın orta hesabla ixrac imkanları təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələribizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. iki layihə artıq reallaşmaqdadır. Onlardan biri günəş, digəri külək elektrik stansiyasıdır. Üçüncü layihənin reallaşması yaxın aylarda nəzərdə tutulur. Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. 22 min meqavat tam icra edilməsi məsələsi yaxın gələcəkdə aydınlaşacaq. Önəmli olan tərəf Azərbaycan bu layihələrə 1 manat da sərmayə qoymur. Hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir. Nəzərə alsaq ki, bu baş verdikdə bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq. Beləliklə biz yeni yataqlardan – “Abşeron”dan, “Ümid-Babək”dən, AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı da ixrac edəcəyik.Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub.
Dövlət başçısının enerji məsələrinə verdiyi xüsusi diqqət Azərbaycanın gələcəyinin təminatını təmin edir. Enerji layihələri istiqamətində atılan hər bir addım Azərbaycanın xeyrinə hesablanmışdı. Biz bununla dövlətimizin gücünü daimiləşdirərkən, xalqımızın yaşam rifahını yüksəltəməyi qarşımıza məqsəd qoymuşuq.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi