Analitika

Milli Məclis qarşısında duran məsələləri layiqincə yerinə yetirir və göstərilən etimatı doğruldur

Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirdiyi təkmil islahatlara əsaslanır. Bu baxımdan 2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, davamlı inkişafa böyük töhfələr verən, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edən Yeni Azərbaycan Partiyasının ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan təşəbbüslərindən biri də məhz ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib özündə dövrün, zamanın tələblərini aydın şəkildə ifadə edir. Belə ki, bütün siyasi qüvvələrin iştirak etdikləri seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Tam əminliklə demək olar ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açdığını böyük inamla qeyd edə bilərik. dövlətimizin başçısı İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində yer alan çağırışlardan bəhs edərək bildirib ki, keçdiyi 30 illik şərəfli yolda ictimai fikirdə qələbələr partiyası kimi nüfuza sahib olan Yeni Azərbaycan Partiyası yeni parlamentdə də yerlərin əksəriyyətini qazandı. VI çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bütün siyasi partiyaların nümayəndələrinin təmsil olunması təqdir edilən mühüm addımlar sırasındadır. Bu baxımdan ki, bu günə qədər belə bir hal olmayıb. Amma bu günün tələblərindən biri kimi Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün belə bir addımın atılmasına böyük zərurət duyuldu. “Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır” söyləyən dövlətimizin başçısı bu çağırışı etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Qeyd etdiyimiz kimi, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclisin qəbul etdiyi yeni qanunlar, eyni zamanda, bəzi qanunların dövrün tələbinə cavab verməsi üçün təkmilləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsi qarşıya qoyulan hədəflərə öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan çıxışında deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayandığını bildirərək bu çağırışı etdi ki, parlamentin əsas işi qanun yaradıcılığıdır. demokratiyanın vacib amillərindən biri kimi ictimai-siyasi sabitliyi önə çəkərək Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə sabitlik diyarı olmasından bəhs edərək bildirib.Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində yaşadığı durum yaddaşlardadır. Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizə investisiya axını sürətləndi. Bu günə qədər ölkə iqtisadiyyatına 280 milyard dollar investisiya qoyulması Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirməklə yanaşı, beynəlxalq aləmdə sabit ölkə kimi tanınmasına da işıq salır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button