Analitika

Milli həmrəylik

Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordsu təslim oldu və ağ bayraq qaldırdı. Beləlikə, ikinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi.

Bu tarixi hadisədir. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində həmdə andiçmə mərasimdə doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycan Dövlət Bayragını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl -2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gədi deyə İlham Əliyev öz çıxışında vurğulamışdır.

Cənab İlham Əliyev qeyd etmişdir ki, iyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar hesab edirdilər ki Azərbyacan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradəlmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun bu bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burda Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu.

İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirdik və bunu gizlətmədik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda uzun illər ərzində işğal altında qalmış Azərbaycan –Ermənistan sərhəddini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxınlaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhəddinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan dayanan və onları bizə qarşı hərəkətətəhrik edən xarici qüvvələr onlara yenədə təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədlərimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbyacan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Bununla bərabər Qarabağ bölgəsində həyata keçrilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı.

Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba–Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji müvqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistanda göndərilmiş bir mesaj idiki, bizi heç kim və heç nə dayandira bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal Silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarılmalısınız . Əgər o vaxt mənim sözümə baxsaydılar sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə 3 il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır. Bax bu binada Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistan rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki bizim torpaqlarımızı əbədi işğal altinda saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar ki onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədələri var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürrət etməyəcək. Onların dəyirmanlarına su tökənlər bu gündə onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər.

Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçirələcək. 44 günlük mühaibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki bizim planlarımız haqqında mən danışa bilməzdim. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Oktyabrın 15-də Agdərə, Əsgəran, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağıını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz – həm mənim üçün həmdə bütün dünya azərbaycanlıları üçün.

Dörd il bundan əvvəl qarşıdakı Xankəndi şəhəri Stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasinda duranlara döyüş meydanından qan tökərək şəhidlər verərək göstərdik ki, o səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin.

XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik milli ləyaqətimizi bərpa etdik düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü .

Eşq olsun Azərbaycan Silahlı qüvvələrinə! Qarabağ Azərbaycandır!

Qasımov Hikmət,
Xəzər rayonu, 323 №-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button