
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası DialoqForumunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda iştiraketdi və geniş məzmunlu çıxışı ilə ölkəmizin multikulturalizm siyasətinin, milli həmrəyliyinin, müstəqil xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində artan rolunun əsas istiqamətlərini diqqətə çatdırdı. Dövlət başçısının çıxışı göstərdi ki, mədəniyyətlərarası dialoq yalnız müxtəlif xalqların və dinlərin nümayəndələri arasında anlaşmanın gücləndirilməsi deyil, eyni zamanda, sülhün qorunması, beynəlxalq hüququn müdafiəsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin həlli baxımından mühüm əhəmiyyət daşıyan qlobal əməkdaşlıq mexanizmidir.
2000-dən artıq iştirakçının qeydiyyatdan keçdiyi, 100-dən çox ölkəni təmsil edən 500-dən artıq qonağın qatıldığı Forumun miqyası Azərbaycanın təşəbbüsü ilə yaradılmış bu platformanın beynəlxalq nüfuzunu nümayiş etdirmiş oldu. 2011-ci ildən etibarən təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviq edildiyi, qlobal problemlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmişdir. Bu təşəbbüsün BMT-nin Sivilizasiyalar Alyansı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi Azərbaycanın dialoq mədəniyyətinin təşviqinə verdiyi əhəmiyyətin göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tarixi və coğrafi mövqeyi, milli-mənəvi dəyərləri və dövlət siyasəti ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin multikulturalizm modelinin mahiyyətini aydın şəkildə ifadə etdi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qarşılaşdığı, dini və etnik müxtəlifliyin formalaşdığı məkan olmuş, xalqımızın tarixən qoruyub saxladığı tolerantlıq ənənələri müasir dövrdə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanda müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələri bərabər hüquqlara malikdir, cəmiyyətin inkişafında iştirak edir və vahid dövlətçilik ideyası ətrafında birləşirlər.
Dövlətimizin başçısının vurğuladığı kimi, ölkəmizin sabitvə davamlı inkişafının əsas amillərindən biri cəmiyyətdəhökm sürən həmrəylik və qarşılıqlı hörmətdir. Buhəmrəylik yalnız gündəlik ictimai münasibətlərdə deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyiuğrunda mübarizəsində də özünü aydın şəkildəgöstərmişdir. Vətən müharibəsində müxtəlif etnik və dinimənsubiyyətlərə malik Azərbaycan vətəndaşlarının vahidməqsəd ətrafında birləşməsi, Vətən uğrunda çiyin-çiyinəmübarizə aparması azərbaycançılıq ideyasınıncəmiyyətimizi birləşdirən gücünü nümayiş etdirmişdir.
Bu gün ölkəmizdə milli birliyin qorunması yalnız daxilisabitlik məsələsi deyil, həm də müstəqil dövlətçiliyin vəideoloji təhlükəsizliyin mühüm şərtidir. Müasir dünyadainformasiya müharibələri, mədəni qarşıdurmalar, dini ayrı-seçkilik və müxtəlif ideoloji təsirlər dövlətlərin qarşısındayeni çağırışlar yaradır. Belə bir şəraitdə milli-mənəvidəyərlərin qorunması, vətəndaş həmrəyliyininmöhkəmləndirilməsi və cəmiyyətdə qarşılıqlı etimadıninkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təcrübəsi göstərir ki, müxtəliflik cəmiyyətizəiflədən amil deyil, qarşılıqlı hörmət və ümumi dövlətçilikmaraqları əsasında birləşdirildikdə, onun güc mənbəyinəçevrilə bilər.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin bərpasına dair fikirlər dəmühüm yer tutur. Dövlət başçısı xatırlatdı ki, Ermənistanınhərbi təcavüzü və torpaqlarımızın uzun illər işğal altındasaxlanılması Azərbaycan xalqı üçün ağır nəticələrdoğurmuş, beynəlxalq vasitəçilik çərçivəsində aparılanuzunmüddətli danışıqlar nəticəsiz qalmış, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçıqüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələbedən qətnamələr icra edilməmişdir. Bütün bunlar beynəlxalq hüququn tətbiqində ciddi problemlərin olduğunu göstərir. Azərbaycan bütün bu illər ərzində münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu nümayiş etdirsə də, danışıqların nəticə verməməsi ölkəmizi özünümüdafiə hüququndan istifadə etməyə məcbur etmiş, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən 51-ci maddədə təsbit edilmiş özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyünü bərpa etmişdir.
Dövlət başçısının çıxışında ikili standartlar siyasətinə qarşı prinsipial mövqe də xüsusi diqqət çəkdi. Azərbaycan uzun illər ərzində ərazilərinin işğalı, bir milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin salınması, dini və tarixi abidələrin dağıdılması kimi ağır problemlərlə üzləşmiş, buna baxmayaraq, işğalçı Ermənistana qarşı beynəlxalq səviyyədə təsirli sanksiyaların tətbiq olunmaması beynəlxalq münasibətlərdə ədalət və bərabərlik prinsiplərinin selektiv şəkildə həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev bu yanaşmanın yolverilməz olduğunu vurğulayaraq, beynəlxalq siyasətdə ikili standartların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik illərində qazandığı sosial-iqtisadi nailiyyətləri və beynəlxalq nüfuzunun artmasını, ölkənin keçdiyi inkişaf yolunun Azərbaycan xalqının zəhmətinə, milli iradəsinə və müstəqil siyasətinə əsaslandığını diqqətə çatdırdı. Bu uğurların əsasında eyni zamanda Azərbaycanın ardıcıl xarici siyasəti, siyasi sabitliyi, iqtisadi potensialı və müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlər qurmaq bacarığı dayanır. Ölkəmizin beynəlxalq tədbirlərə evsahibliyi etməsi yalnız təşkilati imkanların nümayişi deyil, həm də müxtəlif siyasi baxışların, mədəniyyətlərin vəmaraqların ortaq müzakirə platformasında bir arayagətirilməsi deməkdir. Bakı bu baxımdan dövlətlər vəxalqlar arasında dialoqun təşviq olunduğu, fikirmübadiləsinin aparıldığı və əməkdaşlıq perspektivlərininmüəyyənləşdirildiyi mühüm beynəlxalq mərkəzlərdənbirinə çevrimişdir.
“Ortaq gələcək naminə dialoq” mövzusu müasirdünyanın qarşısında duran mühüm vəzifəni ifadə edir: fərqlilikləri qarşıdurma səbəbinə deyil, əməkdaşlıqimkanına çevirmək. Azərbaycan bu yanaşmanı həm ölkədaxilində müxtəlif xalqların və dini konfessiyaların dincbirgəyaşayışında, həm də beynəlxalq platformalardahəyata keçirməyə çalışır. Bakıda keçirilən Forumunəhəmiyyəti də məhz bundan ibarətdir ki, o, dialoqunalternativinin qarşıdurma, qarşıdurmanın nəticəsinin isəyeni problemlər olduğunu xatırladır. Davamlı sülhə, təhlükəsizliyə və ortaq tərəqqiyə aparan yol isə qarşılıqlıhörmətdən, beynəlxalq hüquqa sədaqətdən və xalqlararasında etimadın möhkəmləndirilməsindən keçir.
Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri



