AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Laçında işğal dövrünün ağır izləri

Laçının işğalı təkcə Azərbaycan torpaqlarınınqanunsuz zəbt edilməsi ilə məhdudlaşmadı. Otuz iləyaxın davam edən işğal dövründə Ermənistanbeynəlxalq humanitar hüququn norma prinsiplərinikobud şəkildə pozaraq rayonda sistemli qanunsuzfəaliyyət həyata keçirdi. İşğal olunmuş ərazilərdə tarixi coğrafi adların dəyişdirilməsi, maddi-mədəni irsinməhv edilməsi, təbii sərvətlərin talan olunması qeyri-qanuni məskunlaşdırma siyasəti bu siyasətin əsasistiqamətlərini təşkil edirdi.

Ermənistan 1949-cu il Cenevrə konvensiyalarınıntələblərinə məhəl qoymayaraq Laçının zəngin təbiiehtiyatlarını qanunsuz şəkildə istismar etmiş, meşəfonduna, faydalı qazıntı yataqlarına digər təbiisərvətlərə ciddi ziyan vurmuşdur. Rayonun iqtisadipotensialı işğalçı məqsədlər naminə istismar edilərəkqanunsuz gəlir mənbəyinə çevrilmiş, bununla daAzərbaycanın milli sərvətlərinə külli miqdarda zərərdəymişdir.

İşğal illərində həyata keçirilən ən ciddiqanunsuzluqlardan biri Laçının demoqrafiktərkibinin süni şəkildə dəyişdirilməsinə yönəlmişsiyasət olmuşdur. Ermənistan, beynəlxalq hüququntələblərini pozaraq, əsasən Suriyadan olan erməni əsillişəxsləri digər xarici vətəndaşları qanunsuz şəkildəLaçın rayonunda məskunlaşdırmağa çalışmışdır. Buaddımlar işğal olunmuş ərazilərdə vəziyyəti sünişəkildə dəyişdirmək gələcək danışıqlar prosesinətəsir göstərmək məqsədi daşıyırdı.

Bununla yanaşı, Laçının tarixi irsini silmək cəhdləri sistemli xarakter almışdı. Azərbaycan xalqına məxsusyaşayış məntəqələrinin adları dəyişdirilmiş, tarixi dini abidələr dağıdılmış, qəbiristanlıqlar vandalizməməruz qalmış, xalqımızın əsrlər boyu yaratdığı mədəniirsin izləri silinməyə çalışılmışdır. Bu əməllər təkcəAzərbaycana qarşı deyil, ümumbəşəri mədəni irsə qarşıtörədilmiş cinayətlər kimi qiymətləndirilir.

Beynəlxalq humanitar hüquqa görə, işğal olunmuşərazilərdə əhalinin köçürülməsi, təbii sərvətlərinqanunsuz istismarı, mədəni irsin məhv edilməsi coğrafi adların dəyişdirilməsi hərbi cinayət hesabolunur. Təəssüf ki, bu qanunsuz əməllər uzun illərbeynəlxalq ictimaiyyətin gözü qarşısında baş versə , onların qarşısının alınması istiqamətində təsirliaddımlar atılmamışdır.

Laçının azad olunması ilə həmin qanunsuzfəaliyyətlərə son qoyuldu. Bu gün rayonda aparılanbərpa yenidənqurma işləri yalnız dağıdılmışinfrastrukturun bərpasına deyil, həm tarixi ədalətinbərqərar olunmasına, Azərbaycanın milli-mədəniirsinin qorunmasına doğma sakinlərin öz ata-babayurdlarına təhlükəsiz şəkildə qayıdışına xidmət edir.

 

Nebi Sadiqov,
YAP Xətai Rayon Təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button