Analitika

Laçın yolu Azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb

Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüşü tələb edirlər. Buna səbəb Azərbaycan ərazisində qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmçinin İqtisadiyyat Nazirliyinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istifadəsi və  buna görədə irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmalı idi. Lakin sülhməramlıların səriştəsiz işi nəticəsində bu monitoringi həyata keçirmək hələ də mümkün olmayıb.

Hava şəraitinin soyuq olmağına baxmayaraq Azərbaycan xalqı əzm və iradə göstərək bir dəqiqə olsun belə etirazlara ara vermir, Azərbaycanın haklı səsini dayanmadan bütün dünya arenasına çatdırmağa davam etməkdədir. Hal hazırda davam edən aksiyada Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarlarını səsləndirməyə davam edir, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə sərvətimizin talan olunmasına qarşı müxtəlif şüarlar səsləndirirlər.

Aksiyanın leqal və ədalətli tələblərinə baxmayaraq, rəsmi İrəvan və onun  havadarları sözün əsl mənasında illuziyalar yaradaraq sanki aksiya humanitar fəlakətə, etnik təmizləməyə gətirib çıxarırmış kimi uydurma fikirlər səsləndirməkdədir. Hətta, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sərsəmləyərək,  Xankəndidə 120 min erməninin girov qaldığını bildirmişdir. İlk növbədə qeyd edək ki, Xankəndidə 120 min erməni sadəcə olaraq mövcud deyil və aksiya ümumiyyətlə, sivil xalqa yönəlməyib. Üstəlik, yolu bağlayan da, hərəkətə mane olan da Azərbaycan tərəfi yox, Rusiya sülhməramlı kontingentidir. Bununla bağlı, video və foto faktlar da mövcuddur. Düzdür, Ermənistan tərəfi real vəziyyəti onsuzda çox gözəl bilir və anlayır ki, bu hərəkətlər ona heç nə qazandırmayacaq. Reallıq budur ki, Ermənistan Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni yolla istismar edir. Bununla bağlı, rəsmi İrəvan cinayət məsuliyyəti daşıyır və gün gələcək o, bu əməllərinə görə ən ağır şəkildə cəzasını çəkəcək. Azərbaycan bunun üçün lazımi addımları atmaqdadır.

Biz öz haqlı mövqeyimizdən bir addım belə geri çəkilməyəcik.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button