
Azərbaycanın qədim yurd yerlərindən biri olan Laçınzəngin tarixi, bənzərsiz təbiəti və milli-mənəvidəyərləri ilə xalqımızın yaddaşında xüsusi yer tutur. Hər il qeyd olunan Laçın Şəhəri Günü təkcə bir şəhərinbayramı deyil, həm də Azərbaycanın ərazibütövlüyünün bərpasının, milli birliyin və dövlətimizinqüdrətinin təntənəsinin ifadəsidir. Bu əlamətdar gündoğma yurduna qayıdan laçınlıların sevincini, xalqımızın qələbə ruhunu və gələcəyə inamını özündəəks etdirir.
Laçın rayonu 1930-cu ildə yaradılmış, Azərbaycanınqərbində strateji mövqeyə malik bölgələrdən biriolmuşdur. Rayon zəngin təbii sərvətləri, dağ-meşəlandşaftı, mineral bulaqları və qədim tarixi abidələri iləseçilir. Əsrlər boyu burada formalaşmış zəngin mədəniirs, xalq yaradıcılığı nümunələri və milli adət-ənənələrLaçını Azərbaycanın ən dəyərli bölgələrindən birinəçevirmişdir.
1992-ci il mayın 18-də Laçın Ermənistan silahlıqüvvələri tərəfindən işğal olundu. İşğal nəticəsindəminlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi və dini abidələrəciddi ziyan vuruldu. Uzun illər laçınlılar Vətən həsrətiilə yaşasalar da, doğma torpaqlarına qayıdacaqlarıgünə olan inamlarını heç vaxt itirmədilər. Bu inamAzərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlüsiyasət, xalqın birliyi və Ordumuzun gücü ilə gerçəyəçevrildi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldəolunan tarixi Zəfər Azərbaycanın yeni inkişafmərhələsinin başlanğıcı oldu. Prezident, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevinrəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakıtorpaqlarımızı azad etdi. Müharibədən sonraimzalanmış üçtərəfli Bəyanata əsasən, 2022-ci ildekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Bu hadisə ölkəmizin suverenliyinin və beynəlxalqhüququn bərpası baxımından mühüm tarixi əhəmiyyətdaşıyır.
Laçının azad edilməsindən sonra bölgədəgenişmiqyaslı bərpa və yenidənqurma işlərinəbaşlanıldı. Dövlət tərəfindən müasir şəhərsalmaprinsipləri əsasında yeni yaşayış məhəllələri salındı, yollar, körpülər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar və digər sosial obyektlərtikildi. İnfrastruktur layihələrinin həyata keçirilməsibölgənin sosial-iqtisadi inkişafına yeni imkanlar açdı. Müasir standartlara uyğun inşa edilən Laçın şəhəri bugün Azərbaycanın ən gözəl şəhərlərindən birinəçevrilməkdədir.
Böyük Qayıdış Proqramı çərçivəsində doğmatorpaqlarına köçən ailələrin sayı ildən-ilə artır. Laçınsakinlərinin öz yurdlarına qayıtması təkcə sosial layihədeyil, həm də tarixi ədalətin bərpasıdır. İllərlə yurdhəsrəti çəkən insanlar yenidən öz evlərində yaşayır, uşaqlar doğma şəhərlərində təhsil alır, həyatəvvəlkindən daha müasir və təhlükəsiz şəraitdə davamedir. Bu proses dövlətin insan amilinə verdiyi yüksəkdəyərin və sosial siyasətinin bariz nümunəsidir.
Laçın Şəhəri Günü həm də Azərbaycanın millihəmrəyliyini nümayiş etdirən əlamətdar tarixdir. Bugün xalqımız şəhidlərimizin müqəddəs xatirəsiniehtiramla yad edir, qazilərimizin qəhrəmanlığınıyüksək qiymətləndirir. Məhz onların şücaətinəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarınaqovuşmuş, üçrəngli bayrağımız Laçında yenidənucaldılmışdır.
Laçının gələcəyi böyük perspektivlər vəd edir. Rayonun turizm potensialı, kənd təsərrüfatı imkanları, ekoloji təmiz təbiəti və zəngin mədəni irsi onuniqtisadi inkişafına mühüm töhfə verəcəkdir. Qarabağvə Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilənlayihələr Laçının regionun inkişaf mərkəzlərindənbirinə çevrilməsini təmin edəcək. Müasir nəqliyyatinfrastrukturu, yeni iş yerlərinin yaradılması vəinvestisiya layihələri bölgənin davamlı inkişafınısürətləndirəcək.
Laçın Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və birlik günüdür. Bu əlamətdar tarix bizə birdaha xatırladır ki, xalqımız öz milli maraqlarınıqətiyyətlə qorumağa, dövlətçiliyinimöhkəmləndirməyə və azad edilmiş torpaqlarınıinkişaf etdirməyə qadirdir. Laçının yenidən dirçəlməsiAzərbaycanın gücünün, xalqımızın əzminin vədövlətimizin uğurlu siyasətinin parlaq təcəssümüdür.
Əminliklə demək olar ki, Laçın bundan sonra dainkişaf edən, müasir infrastrukturu, zəngin mədənihəyatı və xoşbəxt sakinləri ilə Azərbaycanın ən gözəlşəhərlərindən biri olacaq. Laçın Şəhəri Günü isə hər ilxalqımızın tarixi Zəfərinin, Böyük Qayıdışın və milliqürurunun rəmzi kimi böyük coşqu ilə qeyd ediləcək.
Ariz Məmmədli,
YAP Xətai Rayon Təşkilatının fəalı



