AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın: Regional Logistika və Beynəlxalq İnteqrasiya Mərkəzi

Azərbaycanın şərqi Zəngəzur bölgəsində həyata keçirdiyi nəhəng nəqliyyat və logistika layihələri içərisində Laçın rayonu mühüm geosiyasi mövqeyə malikdir. Keçmişdə yalnız münaqişə və təcrid olunan bölgə kimi xatırlanan bu diyar, bu gün ölkənin beynəlxalq nəqliyyat xəritəsini dəyişən qabaqcıl qovşağa çevrilmişdir. Dövlət başçısının xüsusi nəzarəti ilə reallaşan yol-nəqliyyat layihələri bölgənin coğrafi məhdudiyyətlərini tamamilə aradan qaldırmışdır.

Bu logistik inqilabın ən parlaq nümunəsi 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanıdır. Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən bu aeroport ölkənin ən hündür hava limanı olmaqla yanaşı, regionun turizm və iqtisadi inkişafına güclü təkan verir. Terminal binası və müasir imkanları sayəsində bu aeroport istənilən tip hava gəmisini qəbul etmək qabiliyyətinə malikdir.

Eyni zamanda, Kəlbəcər-Laçın avtomobil yolunun inşası sürətlə davam etdirilir. Uzunluğu 75,8 kilometr olan bu yol mövcud marşrutu xeyli qısaltmaqla yanaşı, hərəkətin təhlükəsizliyini təmin edir. Yol üzərində inşa edilən uzun tunellər və körpülөр mühəndislik baxımından bölgənin nəqliyyat rahatlığını maksimum səviyyəyə qaldırır.

Şəhər daxilində isə tətbiq olunan Baş Plan və “15 dəqiqəlik şəhər” prinsipi nəqliyyat axınını optimallaşdırır. Təməli qoyulan Laçın kanat yolu isə şəhərin daxili nəqliyyat şəbəkəsinə əlavə rahatlıq və turistik cazibə qatacaqdır. Bu layihələr sayəsində Laçın qısa zamanda qlobal logistika mərkəzinə çevrilmişdir.

Laçında reallaşan bu misilsiz transformasiya Azərbaycanın iqtisadi gücünün və strateji planlaşdırmasının təntənəsidir. Azad olunmuş bu torpaqlar artıq beynəlxalq əməkdaşlığın və tərəqqinin qapısıdır.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button