AnalitikaGündəmSiyasət

Laçın Günü – Zəfərimizin və Böyük Qayıdışımızın rəmzi

Avqustun 26-sı Azərbaycan tarixində mühüm və qürurverici günlərdən biridir. Laçın Günü xalqımızın yaddaşında doğma torpaqlarımıza qayıdışın, ərazi bütövlüyümüzün bərpasının və Böyük Qayıdışın simvolu kimi xüsusi yer tutur.

Laçın Azərbaycanın təbiəti, tarixi və mədəni irsi ilə seçilən qədim bölgələrindən biridir. 1992-ci ildə işğal olunmuş Laçın 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində azadlığına qovuşdu. 1 dekabr 2020-ci ildə Laçının Azərbaycana qaytarılması ilə şəhər və rayonun həyatında yeni mərhələ başladı.

Bu gün Laçında genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər və müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Laçın artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın sürətlə inkişaf edən və gələcəyə inamla addımlayan şəhərlərindən biridir.

Laçın Günü həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı sayəsində bu gün üçrəngli Azərbaycan bayrağı Laçında dalğalanır.

Laçının dirçəlişi Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir. Doğma torpaqlarına qayıdan insanların səsi, qurulan yeni həyat və dalğalanan bayraq Azərbaycanın tarixi ədaləti bərpa etdiyini bir daha göstərir,

Fidan Bayramlı,
YAP Xətai Rayon Təşkilatı
məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button