Kosmonavtlar Bakıda
Ölkəmiz tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insan həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub. Şərq elmi məktəbinin Nəsrəddin Tusi kimi dahi nümayəndələrini yetişdirib, bu sahədə elmi kitabxana və rəsədxanaların qurulmasına, fəaliyyətinə şahidlik edib. Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var.
Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür. Ulu Öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl 1973-cü ilin oktyabrında ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir. “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu. Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası, xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Hətta, 24-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş geniş süjetli sənədli film – “Kosmonavtlar Bakıda” filmi çəkilib.
1973-cü ildə keçirildikdən sonra Beynəlxalq Astronavtika Konqresi Bakıya qayıdır. Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərib. 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı heyətlər bir həftə boyunca davam edən tədbirdə təcrübə və informasiya mübadiləsi aparacaq, tərəfləri əməkdaşlığa sövq edəcək və qlobal kosmik sənayenin genişlənməsinə şərait yaradacaqlar. Əhalinin sosial rifahi halının yaxşılaşdırilmasına yönəldilmiş bu layihələr müxtəlif sahələri əhatə etsədə, onları birləşdirən bir məqsəd var – ölkə vətəndaşlarının bugününün və gələcəyinin təmin edilməsidi. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Biz sülh sevər xalq olduğumuz üçün nəyin ki, Asiya Avropa dövlətlərindən də yardımımızı əsirgəmirik, Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunan uç peyk təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər,bu xalqımızın sədaqətliliyinin simvoludu.
Müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq bizim üçün inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib.
2020-ci ildə 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə idi. Müstəqil ölkə kimi Azərbaycan çox gəncdir, Prezident İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasi kurs nəticəsində Vətən müharibəsində tarixi qələbə qazanan gənc nəsil formalaşdı. Azərbaycanın xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu. Xalqımiz bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı.
Babayeva Zenfira,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi