Kəlbəcər və Zəfər Coğrafiyasının Tamamlanması

Vətən müharibəsində əldə olunan qələbənin məntiqi davamı olaraq Ağdam, Kəlbəcər və Laçının siyasi-diplomatik yolla geri qaytarılması mühüm tarixi mərhələ idi. Bu üç rayonun azad olunması 44 günlük müharibənin nəticələrini tam şəkildə rəsmiləşdirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək yolunda həlledici addım atdı.
Kəlbəcərin azad edilməsi bu ardıcıllığın mərkəzi və ən çətin relyefə malik halqalarından biri kimi çıxış etdi. 25 noyabr tarixi Zəfər təqviminin ən önəmli günlərindən biri kimi qeyd olunur. Bu hadisə xalqın birliyinin və dövlətin qətiyyətinin nəticəsi idi.
Rayonun qaytarılması ilə bölgədə yeni geosiyasi reallıqlar möhkəmləndi və uzun sürən münaqişə tarixin arxivinə göndərildi. Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yarandı. Azərbaycan regionun aparıcı güc mərkəzi kimi mövqeyini daha da gücləndirdi.
Kəlbəcər Zəfər coğrafiyasının ayrılmaz hissəsinə çevrildi. Bu gün azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də Azərbaycan bayrağı qürurla dalğalanır. Bu, gələcək nəsillərə ötürülən ən böyük mirasdır
Gülanə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 312” ərazi partiya təşkilatının sədri



