Kəlbəcər: Azadlıqdan abadlığa..
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Göründüyü kimi bu günkü mövzumuz bizim üçün daha aktual olan Kəlbəcər şəhəri günü ilə bağlıdır. Bu tarixi həqiqətdir ki, 30 illik həsrətə son qoyaraq müzəffər ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etmiş, əzəli dəfə, baba yurdumuz erməni işğalçılarından azad olmuşdur. Bu millət olaraq bizim üçün çox sevindirici və qürurverici bir andır.
Cənab prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad olunmuş şəhərlərin günü keçirilir və müvafiq tədbirlər həyata keçirilir. Elə o dur ki, mövzunun əhəmiyyəti və mahiyyəti haqqında bir vətəndaş olaraq öz fikrimi bildirmək istəyirəm.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Erməni vandalizimni tənqid edən BMT-nin dörd qətnaməsi qəbul olunmuşdur.
Neçə illərdir bu qətnamənin qərarları icra olunmadı. Amma zaman elə gəldi ki, artıq xalqımız və ordumuz ö müqəddəs malını həyata keçirərək erməni işğalçılarına çox böyük zərbə vurdu, onun neçə illərdir qurduğu daxili və xarici siyasətini 44 gün ərzində məhv elədi.
Kəlbəcərin işağldan azad olunmasının əsas strateji əhəmiyyəti vardır, bu starteji əhəmiyyət ki, 44 gün ərzində müharibənin talehin həll edən əsas məqamlardan biridir. “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” – Prezident İlham Əliyev xüsusi ilə qeyd etmişdir.
Ümumilikdə qeyd etmək istəyirəm ki, Kəlbəcər işğaldan azad olandan sonra onun azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz və sağlamlığını itirən qazilərimiz, veteranlar üçün “Kəlbəcərin azad olunması” medalı təsis olunmuşdur. Bu dövlətin diqqət və qayğısının nəticəsidir.
Kəlbəcər işğaldan azad olunduqdan sonra bütün ərazilərdə quruculuq və abadlıq işləri həyata keçirilir xüsusən Kəlbəcər rayonun Yanşaq və Zallar kəndində ilkin olaraq əhalinin məskunlaşması və yaşandı üçün məktəb, uşaq baxçaları, yaşayış kompleksi tikilməsi nəzərdə tutulmuşdur. İstərdim ki, rəsmi olaraq məlumatı sizlərlə bölüşüm.
Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək; – Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək;
Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub; – Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb.
Yekunda qeyd etmək istəyirəm ki, heç bir çətinlik çəkmədən var gücümüzlə dövlətimizin yanında olaraq Qarabağa qayıdış proqramına səmimi qəlbdən inanır və yeniləşən Azərbaycana daha da güclü və qüdrətli olaraq, dünyaya günəş kimi nur saçacaqdır.
Yaşasın Azərbaycan! Yaşasın Ali baş komandan cənab İlham Əliyev!
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru



