
Oktyabrın 12-də “B. Bağırova küç.17” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova tədbir iştirakçılarını salamlayaraq keçirilən müşavirənin müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu və proqram xarakterli nitqi qarşıda duran strateji vəzifələri aydın şəkildə müəyyən etmişdir. A.Poluxova vurğulayıb ki, ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, uşaq sağlığı və genofondun qorunması dövlətimizin prioritet siyasət istiqamətlərindən biridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutunun kollektivi və ərazi partiya təşkilatının üzvləri cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə hər zaman sadiqdir. O, institutun tibbi heyətinin həm uşaqların sağlamlığının etibarlı qorunması, həm də YAP-ın ideoloji xəttinin təbliği istiqamətində əzmlə çalışacağını diqqətə çatdırıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqinin məzmunu və gələcək hədəflər barədə etdiyi geniş və ətraflı təhlili iştirakçıların diqqətinə çatdırıb. Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və zəfər dolu tərəqqi yolunun əsas hərəkətverici qüvvəsi olmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Müzəffər Zəfər və ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi partiyamızın siyasi kursunun təntənəsidir. VIII Qurultayda irəli sürülən prioritetlər və verilən tapşırıqlar partiya strukturlarının, xüsusilə də ərazi partiya təşkilatlarının fəaliyyətinin daha müasir, dinamik və effektiv prinsiplər əsasında qurulmasını tələb edir. Bu gün hər bir partiya üzvü postmüharibə dövrünün gətirdiyi yeni reallıqlara uyğun olaraq daha fəal olmalı, ideoloji işin keyfiyyətinin artırılmasına, gənclərin milli-mənəvi dəyərlər ruhiyyəsində tərbiyə olunmasına və idarəetmədə çevikliyin təmin edilməsinə öz töhfəsini verməlidir. B.Nəbiyev vurğulayıb ki, elm və səhiyyə ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının üzvləri həmişə öz yüksək intellektual potensialı və dövlətçiliyə sədaqəti ilə seçilib. Sonda B.Nəbiyev YAP Yasamal rayon təşkilatının üzvlərinin və fəallarının cənab Prezidentin müəyyənləşdirdiyi strateji hədəflərin uğurla reallaşdırılması, cəmiyyətdə partiya ideyalarının təbliği və rayon miqyasında sosial-siyasi fəallığın daha da yüksəldilməsi istiqamətdə yorulmaz fəaliyyətini əzmlə davam etdirəcəyini bildirib.
Çıxış edən YAP Veterenalar Şurasının üzvü Misir Mərdanov partiyanın keçdiyi şərəfli və zəngin inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb. Misir Mərdanov qeyd edib ki, Ümummilli Liderin formalaşdırdığı dövlətçilik məktəbi müasir Azərbaycanın möhkəm təməlidir. Cənab Prezident İlham Əliyevin müzaffər rəhbərliyi ilə qazanılan tarixi nailiyyətlər və YAP-ın VIII Qurultayında müəyyən edilən gələcək inkişaf konsepsiyası ölkəmizi daha parlaq sabahlara aparır. M.Mərdanov təcrübəli partiya veteranlarının hər zaman gənc nəslə dəstək olmağa hazır olduğunu bildirib, səhiyyə işçilərini və partiya fəallarını milli maraqlarımızın qorunmasında, dövlətçilik ideallarının təbliğində həmişə ön sıralarda olmağa çağırıb.
Çıxış edənlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutunun əməkdaşları Adilə Hacıyeva, Gülnarə İlyasova çıxış edərək ərazi partiya təşkilatında keçirilən bu cür müzakirələrin partiya fəallarının maarifləndirilməsi və təşkilatlanmasında böyük rol oynadığını diqqətə çatdırıblar. Onlar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, xüsusilə tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və səhiyyə işçilərinə gösterilən diqqət və qayğı hər bir tibb işçisini daha məsuliyyətlə çalışmağa ruhlandırır. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duyduqlarını və dövlət başçısının müəyyən etdiyi tapşırıqların icrası üçün var gücləri ilə çalışacaqlarını bəyan ediblər
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilib və xatirə şəkli çəkdirilib.
#YAPYasamal
















