İşğaldan azad olunmuş ərazilərimizdəki erməni vandalizmini bütün platformalardan dünyaya çatdıracağıq
Ölkəmizin paytaxtının Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bəşəriyyəti narahat edən çağırışlara münasibətdə beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə nümayiş etdirən bir üzvü kimi davranmasının növbəti təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edərkən deyib ki, “İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. “ İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən bu gün genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Bu yerlərdə inanılmaz sürətlə tikinti-quruculuq, abadlıq işləri aparılır. Eyni zamanda, azad edilən bütün rayonların əraziləri minalardan və partlamamış mərmilərdən təmizlənir, məntəqələr elektrik enerjisi ilə təchiz olunur, əhəmiyyətli yol-nəqliyyat xətləri, içməli su, sanitar qovşağı və irriqasiya sistemləri bərpa edilir, ev-mənzil yaşayış sahələri yaradılır, hava limanları tikilir. Bu sahələrə yönəldilən sərmayələr bölgədə artıq sosial və iqtisadi canlanmaya səbəb olmaqdadır. Beləliklə, Azərbaycan olduqca mühüm addımlar atır. Bu isə bir çox parametrlır baxımından vacib əhəmiyyət kəsb edir. Hazırda işğaldan azad edilən ərazilərdə infrastrukturun qurulması, tikinti-abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində yeni layihələr hazırlanır, icraya yönləndirilir. Bu, ölkəmizin əzilən xalqların yanında, imperializmə qarşı durduğunun açıq ifadəsi idi. Bu gün dünyada baş verən bir çox münaqişə ocaqlarının, hərbi-siyasi problemlərin həlli üçün məhz Qoşulmama Hərəkatı platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir və bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Bu gün dünyanın yeni siyasi düzəni formalaşır, illərlə öz haqqı uğrunda çarpışan xalqlar və dövlətlər söz sahibinə çevrilir. Qoşulmama Hərəkatının Bakı sammiti həm də bunun mesajı idi.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı