Analitika

İşğaldan azad olunmuş ərazilərdə canlanan Azərbaycan idmanı…

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. 2022-ci ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Prezident ­İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu məqama xüsusilə toxunaraq bildirmişdir ki, aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı ildə də davam edəcəyinə inam böyükdür. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin ­iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

İdman yeganə vasitədir ki, ölkəni, onun rəmzlərini bütün dünyada təmsil edir. Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu da həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir. Ölkə başçısının bu sahədə apardığı siyasət ölkəmizdə idmanın hərtərəfli inkişafına səbəb olub. İdmanın inkişafı ilə bağlı bütün məsələləri diqqətində saxlamağı, idmançılara qayğısı, onların problemləri ilə daima maraqlanması idmanın inkişafına yüksək töhfələr verib.Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.

İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olundu. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etdilər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci oldu. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər.- Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlətəmsil etmişlər.

2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında cənab Prezident İlham Əliyev 2023-cü ildə idman perspektivləri haqqında da dəyərli fikirlərini bildirib. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu bildirən dövlətimizin başçısı deyib: “Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil”. Prezident deyib ki, Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik və 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. “Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Dövlət başçısı bu məqamlara da diqqəti yönəldib ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. İdman obyektlərinin yaradılması da nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu: “Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir

– Tarixi Zəfərimizin qazanlımasında və illərlə həsrətində olduğumuz əzəli torpaqlarımızın işğaldan azad olunmasında vətənpərvər, sağlam gənclərimizin də müstəsna rolu oldu.

Ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş qədim Şuşa şəhərinə səfəri zamanı da qeyd etdi ki, “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Rəşad Rəhimov,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button