İrəvan Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətindədir
Xüsusilə də 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra Cənubi Qafqazda olmaq istəyən hər bir dövlət Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Amma bütün bunların fonunda Cənubi Qafqazda hələ də daimi sülh təmin olunmayıb. Ermənistanın oyunpozanlığı nəticəsində hələ də sülh sazişinin imzalanması mümkün olmayıb. Qeyd edək ki, hazırda sülh danışıqları üçün üç platforma üzrə təmaslar davam etdirilir. Avropa İttifaqının rəhbəri Şarl Mişelin, Moskva və Vaşinqtonun vasitəçiliyi ilə davam edən sülh danışıqlarında müəyyən nəticələr olsa da, hələ də yekun sənəd razılaşdırılmayıb. Ermənistan isə prosesi pozmaq, ləngintməklə məşğuldur. Amma Ermənistanın bu fəaliyyəti prosesi uzatsa da, yekun nəticədə İrəvan Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətində qalacaq. Söhbət ondan gedir ki, Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu yoxdur. Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibə də bu məqama toxunub və Ermənistan hakimiyyətinə konkret xəbərdarlıq edib. “Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır”,–deyə Prezident müsahibəsində vurğulayıb. Bu, Prezident İlham Əliyevin Ermənistan hakimiyyətinə açıq və konkret xəbərdarlığıdır. Məğlub Ermənistanın Azərbaycan liderinin verdiyi bu seçimlərdən başqa şansı yoxdur. Çünki Azərbaycan faktiki olaraq bütün sülh platformalarında diqtə edən tərəfdir. Eyni zamanda, bölgənin ən güclü ölkəsi, lider dövləti olan Azərbaycanla hesablaşmaqdan başqa Ermənistan hakimiyyətinin yolu yoxdur. Əgər Ermənistan qəbulolunan seçimi seçsə, o zaman sülh prosesi qısa zamanda yekunlaşar və bölgədə daimi sülh təmin olunar. Ermənistan hakimiyyəti qəbulolunanı deyil də, onlar üçün pis nəticələr verəcək seçimə gedərsə, o zaman yenidən Azərbaycan Ordusu ilə üz-üzə gələcək. Bu isə həqiqətən də Ermənistan üçün çox pis seçim olacaq. Beləliklə, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir – qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır – Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq.
Günel Əbdürəhmanova,
YAP- ın gənc fəalı