Analitika

İğdır–Naxçıvan qaz kəməri layihəsi iki ölkə arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcək

“Azərbaycan öz ərazi bütövlüyü­nü təmin etməklə Transxəzər Beynəlxalq Nəqliyyat Marşru­tunun (Orta Dəhliz) mühüm seqmenti rolunu oynayacaq Zəngəzur Dəhlizini işə salmaq üçün əlverişli imkan qazanıb. Artıq Uzaq Çini Avropaya yaxınlaşdıran, beynəlxalq yükda­şımalar üçün müstəsna əhəmiyyət daşıyan bu dəhlizin açılması xeyli aktuallaşıb. Türkiyənin türk dünyasına açılan qa­pısı sayılan Naxçıvandan keçəcək bu dəhlizin önəmi getdikcə daha çox etiraf edilir. Zəngəzur Dəhlizi, həm də Naxçı­van Muxtar Respublikası ilə quru yolla birbaşa kommunikasiyaların qurulması üçün geniş imkanlar yaradır”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, artıq Türkiyənin əsas qaz tədarük­çülərindən olan Azərbaycan, həm də qardaş ölkə vasitəsilə muxtar respub­likanın qaz təminatı probleminin həlli üçün yeni fürsət qazanıb. Bu baxımdan sentyabrın 25-də Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev və ölkə­mizdə rəsmi səfərdə olan Türkiyə Res­publikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulmuş İğdır–Naxçıvan qaz kəməri muxtar res­publikanın “mavi yanacaq”la təchizatı baxımından müstəsna əhəmiyyət kəsb edir. Mühüm infrastruktur layihəsi olan İğdır–Nax­çıvan qaz kəmərinin fəaliyyətə başla­ması ilə muxtar respublikanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli də­yişikliklər baş verəcək. Eyni zamanda kəmərin işə düşməsi muxtar respublika­nın qaz təchizatının şaxələndirilməsinə imkan yaratmaqla onun bir mənbədən asılılığını aradan qaldıracaq. Naxçıva­nın sosial-iqtisadi inkişafına təkan verən yeni infrastruktur layihəsi isə artıq icra mərhələsinə qədəm qoyub.

“İğdır–Naxçıvan qaz kəmərinin işə düşməsi bölgənin “mavi yanacaq”la tə­chizatının xeyli yaşılaşdırılmasına sə­bəb olacaq. Təsadüfi deyil ki, Azərbay­can Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Pre­zidenti Rəcəb Tayyib Ərdoğan mətbu­ata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini bir daha vurğulayıblar. İğdır–Naxçıvan qaz kəmərinin çə­kilişini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli ha­disə kimi dəyərləndirən Azərbaycan Prezidenti bunun əlaqələrimizə yeni tə­kan verəcəyini, Naxçıvanın enerji təh­lükəsizliyini daha böyük ölçüdə təmin edəcəyini bildirib”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, İğdır–Naxçıvan qaz kəməri layihəsinin iki ölkə arasında enerji sahəsində or­taqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın da enerji təhlükəsizliyinə töhvə verəcək.

Oxşar Xəbərlər

Back to top button