Analitika

Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır.

İdman təkcə uğurlu nəticələr əldə etmək, fəxri kürsüyə qalxmaq, zirvələri fəth etmək imkanı yaradan vasitə deyil. O, eyni zamanda, hər bir uşaq, yeniyetmə və gənc üçün ilk növbədə fiziki-mənəvi sağlamlıq, qüvvə deməkdir. Tarix boyu insanlarda vətənə məhəbbət, milli qürur hissləri aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkill edən ünsürlərdəndir. 

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Bildiyimiz kimi, idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Ümumxalq məhəbbəti qazanmış Olimpiya hərəkatı, olimpiya qalibləri və ölkəmizi təmsil edən idmançılar dövlətin qayğı və dəstəyi ilə tam təmin olunmuşdur. Dövlət başçısının müntəzəm olaraq qaliblərlə görüşü, onlara diqqət və qayğısı idmançılarda gələcək qələbələrə ruh yüksəkliyini, peşələrinə stimulu və onları daima dəstəkləyən qüdrətli Azərbaycana məhəbbəti formalaşdırır. Olimpya ilə yanaşı, Paralimpiya Oyunları da dövlətin tam qayğı və diqqəti ilə əhatə olunmuşdur və cənab Prezident oyunlarda ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini də hər zaman diqqətdə saxlayır, görüşlər keçirir. Prezident onlarala görüşlərində Azərbaycanın idman dövləti kimi beynəlxalq aləmdə böyük nüfuza malik olmasını məhz idmançılarımızın böyük zəhmətinin nəticəsi kimi vurğulamışdır: “Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paralimpiya oyunlarında idmançılarımız şərəflə çıxış etmişlər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur. Sizin hər bir qələbənizi hər bir vətəndaş öz qələbəsi kimi qəbul etmişdir”.

Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button