AnalitikaGündəmSiyasət

Gənc Nəslin Ürəyində Döyünən Azərbaycan Bayrağı

Sabahın sahibləri olan gənclərimizin qəlbində bayrağa olan sevgi onların gələcəkdə ölkəni hansı məsuliyyətlə qoruyacağının göstəricisidir. Məktəb partalarından başlayaraq ali təhsil ocaqlarına qədər hər bir azərbaycanlı gənc üçrəngli bayrağın məsuliyyətini dərk edir. Onların təhsildə, elmdə və idmanda qazandığı uğurlar bayrağımızın beynəlxalq arenada ucalmasına xidmət edir.

Gənclərin gözlərdindəki inam və coşğu Azərbaycan bayrağının parlaq sabahının ən etibarlı təminatıdır. Onlar bayrağın sadəcə bir simvol deyil, həm də Vətənə olan sədaqətin qisas və zəfər ünvanı olduğunu yaxşı bilirlər. Hər bir gənc öz fəaliyyəti ilə bu bayrağın şərəfini uca tutmağa borcludur.

Dövlət Bayrağı Günü gənclərin təşkil etdiyi fləşmoblar, yürüşlər və intellektual layihələrlə daha da rəngarəng keçir. Onların yaradıcı yanaşmaları milli rəmzlərimizə olan sevgini tamamilə yeni müstəviyə daşıyır. Gənclik və bayraq bir-birini tamamlayan iki güclü enerjidir.

Üçrəngli bayrağımız gənclərimizin əlində daha da əzəmətlə dalğalanaraq gələcəyə doğru irəliləyir. Onların qəlbindəki bu sevgi Azərbaycanın səmalarını hər zaman işıqlandıracaqdır. Azərbaycan bayrağı gəncliyimizin əbədi güvən mənbəyidir.

Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button