
Müasir dövrdə qloballaşma proseslərininsürətlənməsi, rəqəmsal texnologiyaların inkişafı vəinformasiya məkanının genişlənməsi dövlətlərinqarşısında yeni imkanlarla yanaşı, ciddi çağırışlar dayaradır. Xüsusilə informasiya müharibələrinin genişvüsət aldığı, sosial şəbəkələrin ictimai rəyə təsirimkanlarının artdığı bir şəraitdə ideoloji təhlükəsizliyintəmin olunması, milli-mənəvi dəyərlərin qorunması vəgənc nəslin sağlam dünyagörüşü əsasındaformalaşdırılması mühüm strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlhamƏliyevin YAP-ın VIII Qurultayındakı nitqində irəlisürdüyü fikirlər müasir dövrün çağırışları kontekstindəxüsusi aktuallıq daşıyır.
Bu gün ideoloji təhlükəsizlik milli təhlükəsizliyinayrılmaz tərkib hissəsidir. Dövlətin müstəqilliyininqorunması, milli maraqların müdafiəsi və cəmiyyətinmənəvi bütövlüyünün təmin edilməsi yalnız iqtisadi vəhərbi güclə məhdudlaşmır. Eyni zamanda, vətəndaşların milli kimliyə bağlılığı, dövlətçilikdüşüncəsi, informasiya təsirlərini düzgünqiymətləndirmək bacarığı və milli maraqlaramünasibəti də həlledici rol oynayır. Prezident İlhamƏliyevin siyasi xəttində milli maraqların qorunması, müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsivə gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsimühüm istiqamətlərdəndir.
Müasir informasiya mühitində xüsusilə gənclərinmüxtəlif ideoloji təsirlərə məruz qalması məsələsinəhəssas yanaşmaq lazımdır. İnternet və sosial şəbəkələrgeniş informasiya imkanları yaratmaqla yanaşı, dezinformasiyanın, saxta xəbərlərin, manipulyativçağırışların və milli dəyərlərə zidd təbliğatınyayılmasına da şərait yaradır. Belə bir şəraitdəgənclərin hər bir məlumatı düşünmədən qəbul etməsideyil, onun mənbəyini araşdırması, faktları müqayisəetməsi və müstəqil nəticə çıxarması vacibdir. Bununüçün onların yalnız bilik səviyyəsinin artırılması deyil, həm də informasiya savadlılığının və tənqidi düşüncəqabiliyyətinin inkişaf etdirilməsi zəruridir.
İdeoloji təhlükəsizliyin digər mühüm istiqamətimilli-mənəvi dəyərlərin qorunması və azərbaycançılıqideologiyasının gənc nəsil arasındamöhkəmləndirilməsidir. Azərbaycan xalqının zəngintarixi, ana dili, mədəniyyəti, adət-ənənələri vədövlətçilik irsi milli kimliyimizin əsasını təşkil edir. Budəyərlərə bağlılıq gənclərin öz xalqının keçmişini, bugününü və gələcəyini daha dərindən dərk etməsinə, müstəqil dövlətimizin inkişafına məsuliyyətləyanaşmasına şərait yaradır. Milli-mənəvi dəyərlərinqorunması müasir dünyadan təcrid olunmaq deyil, milli kimliyi saxlamaqla müasir biliklərə yiyələnməkvə qlobal çağırışlara hazırlıqlı olmaq deməkdir.
Ümummilli lider Heydər Əliyevinmüəyyənləşdirdiyi dövlətçilik strategiyasının vəazərbaycançılıq ideologiyasının öyrənilməsi bubaxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalqmövqeyinin möhkəmləndirilməsi, suverenliyimizin vəərazi bütövlüyümüzün təmin olunması istiqamətindəəldə edilmiş tarixi nailiyyətlərin gənclərə çatdırılmasıonların milli qürur hissini və dövlətə bağlılığınıgücləndirir. Gənclər dərk etməlidirlər ki, müstəqillikxalqımızın ən böyük tarixi nailiyyətlərindən və əvəzsizmilli sərvətlərindən biridir. Bu sərvətin qorunması vəgələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəviborcudur.
Dini maarifləndirmə, tolerantlıq və qarşılıqlıhörmət prinsiplərinin təşviqi də ideoloji təhlükəsizliyinmühüm tərkib hissəsidir. Gənclərin dini biliklərietibarlı mənbələrdən əldə etməsi, radikal çağırışlarınmahiyyətini anlaması və dini inancların siyasimanipulyasiya vasitəsinə çevrilməsinə qarşı ayıq-sayıqolması vacibdir. Maarifləndirmə, hüquqi biliklərinartırılması və sağlam ictimai mühitin formalaşdırılmasıbu istiqamətdə mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyasının fəaliyyətiçərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər, görüşlər, dəyirmi masalar və müzakirələr də milliideologiyanın təbliği, dövlətçilik düşüncəsininmöhkəmləndirilməsi və gənclərin ictimai-siyasiproseslərdə fəal iştirakının təşviqi baxımındanəhəmiyyətlidir. Belə tədbirlər vasitəsilə Prezidentİlham Əliyevin çıxışlarında irəli sürülən əsasistiqamətlərin cəmiyyətə çatdırılması, müstəqilliyimizin tarixi əhəmiyyətinin izah olunmasıvə milli maraqların qorunmasının vacibliyinin diqqətəçatdırılması mümkün olur.
Nəticə etibarilə, gənc nəslin maarifləndirilməsiyalnız təhsil və tərbiyə məsələsi deyil, həm də millitəhlükəsizliyin, ideoloji dayanıqlığın və dövlətmüstəqilliyinin gələcək təminatıdır. Buna görə dəgənclərin maarifləndirilməsi, onların ideoloji baxımdanhazırlıqlı və məsuliyyətli vətəndaşlar kimiformalaşdırılması hər birimizin ümumi məqsədi vəqarşısında duran mühüm vəzifə olmalıdır.
Ramilə Seyidova ,
YAP Siyəzən rayon təşkilatınınsədr müavini



