AnalitikaGündəmSiyasət

Füzuli Şəhəri: Qədim Tarixdən Yenidən Qurulan Qarabağ Mirasına

Füzuli şəhəri Azərbaycanın ən qədim və zəngin tarixdən qidalanan məskənlərindən biridir. Ərazidə yerləşən məşhur Azıx mağarası ibtidai insanların ilk məskunlaşma izlərini özündə yaşadan nadir tarixi abidələrdəndir. Əsr boyunca böyük sənətkarlar, elm və mədəniyyət xadimləri yetişdirən bu diyar, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılaraq ölkəmizin mədəni xəritəsində xüsusi yer tutmuşdur. Qarabağın cənub qapısı sayılan şəhər əlverişli coğrafi mövqeyi və münbit torpaqları ilə həmişə regionun sosial-iqtisadi həyatında mühüm rol oynamışdır.

Şəhər 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra otuz ilə yaxın müddət ərzində tamamilə dağıdılmış və xarabalığa çevrilmişdir. Bu illər ərzində Füzulinin tarixi məscidləri, mədəniyyət abidələri, məktəbləri və yaşayış binaları məhv edilmiş, şəhərin zəngin mədəni irsinə böyük zərbə vurulmuşdur. Lakin 2020-ci il oktyabrın 17-də Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində Füzuli şəhəri işğaldan azad edilmiş və bununla da regionun tarixində yeni bir səhifə açılmışdır.

Bu gün Füzuli şəhəri böyük sürətlə bərpa olunur və yenidən qurulur. Şəhərdə müasir standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı tikilərək istifadəyə verilmişdir ki, bu da regionun nəqliyyat-logistika imkanlarını əhəmiyyətli dərəcədə artırır. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və sənaye parkları inşa edilir. Yeni çəkilən Zəfər yolu və digər magistral xətlər şəhərin digər bölgələrlə inteqrasiyasını təmin edir.

“Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma yurdlarına qayıdan Füzuli sakinləri üçün hər türlü müasir yaşayış şəraiti yaradılır. Keçmişinin ağrı-acısını arxada qoyan şəhər, indi yaşıl enerji zonası, inkişaf etmiş altyapısı və sürətli quruculuq işləri ilə modern bir mərkəzə çevrilir. Füzuli həm tarixi köklərinə bağlılığı, həm də gələcəyə yönəlmiş müasir çehrəsi ilə dirçələn Qarabağın parlaq rəmzinə çevrilməkdədir.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button