Analitika

Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil

Tarixə qısa nəzər salaraq vurğulamaq yerinə düşür ki, 1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ildə Əlcəzair müstəqillik qazanana qədər oranı  fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi. 19-cu əsrin sonlarında 1  milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən  fransızlar əhəmiyyətli imkanlarla təmin edildi. 31 oktyabrda 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı. Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçərdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi.Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.  1830-cu il noyabrın 26-da Əlcəzairin Blida şəhərində fransızlar dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədirlər. Nə qocalara, nə qarılara, nə qadınlara, hətta südəmər körpələrə belə aman vermirlər. Qırğını təşkil edən fransız zabit Troler bu qanlı işdə “qeyri-adi istedad” nümayiş etdirərək şəhəri bir neçə saat ərzində qəbiristanlığa çevirib. “Ölü” şəhərin küçələri meyitlərlə dolu idi və o zaman nə qədər insanın öldürüldüyünü heç kim saya bilməzdi. Bu cinayət Fransanın, Əlcəzairdə onlara qarşı təşkil edilən müqavimətə cavabı idi.

1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunub.

Liviyada xaos və terror hadisələrinin ilk səbəbkarı da məhz Fransa oldu. Bütün bunlara  isə  Fransa  susqunluq nümayiş etdirir. Vəziyyətin ən acınacaqlı tərəfi isə Fransa kimi bir ölkənin prezidentinin hansısa fakta söykənməyən yalan xəbərləri öz çıxışında arqument göstərmədən söyləməsidir.  Hər bir ölkənin prezidenti yalnız fakta əsaslanan çıxış etməlidir. Makron isə sadəcə söz naminə Suriyadakı silahlıların döyüşlərdə iştirak etmək üçün Qarabağa getdikləri barədə məlumatlara sahib olduğunu açıqladı.

Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Bu cür səhv materialın Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button