
Bəzən elə ömürlər olur ki, onlar yalnız yaşadıqlarıdövrü deyil, bütöv bir xalqın yaddaşını işıqlandırır. Akademik Zərifə Əliyevanın həyat yolu da məhz beləmənalı talelərdəndir. Onun adı Azərbaycan tibbelminin inkişafı ilə yanaşı, humanizm, mərhəmət vəyüksək mənəviyyat kimi dəyərlərlə də daim birlikdəçəkilir. 15 aprel – bu böyük şəxsiyyətin anım günü – sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, insanlaraxidmətlə dolu bir ömrün ehtiramla yad edildiyi gündür.
1923-cü ilin baharında, Şahtaxtı kəndində dünyaya gözaçan Zərifə Əliyeva gənc yaşlarından elmə və insanlarafaydalı olmağa böyük maraq göstərirdi. AzərbaycanDövlət Tibb İnstitutunda aldığı ali təhsil onun gələcəkfəaliyyətinin möhkəm təməlini formalaşdırdı. Tələbəlik illərindən zəhmətkeşliyi, məsuliyyəti vəməqsədyönlülüyü ilə seçilən Zərifə xanım qısazamanda peşəkar həkim və perspektivli alim kimitanındı. Onun elmi fəaliyyəti Azərbaycanoftalmologiyasının inkişafında yeni bir mərhələninbaşlanmasına səbəb oldu. Xüsusilə XX əsrinortalarında geniş yayılmış Traxoma xəstəliyinə qarşıapardığı mübarizə onun adını xalqın yaddaşına həkketdi. O, yalnız elmi laboratoriyalarda deyil, həm dəölkənin ucqar bölgələrində çalışaraq xəstəliyinsəbəblərini araşdırır, insanlara şəfa verirdi. Bu fəaliyyət sadəcə həkimlik işi deyil, insan talelərinətoxunan böyük bir missiya idi.
Zərifə Əliyevanın elmi maraqları geniş və çoxşaxəliidi. O, Qlaukoma, virus mənşəli göz xəstəlikləri vəgörmə orqanının peşə patologiyası kimi sahələrdəmühüm tədqiqatlar aparmışdır. Onun elmi əsərləri vəmonoqrafiyaları bu gün də oftalmoloqlar üçün dəyərlimənbə hesab olunur. Zərifə xanım yalnız alim deyil, həm də pedaqoq və ziyalı idi. Gənc həkimlərinyetişdirilməsində göstərdiyi səylər, onların həmpeşəkar, həm də mənəvi baxımdan inkişafına verdiyitöhfələr onun ən böyük xidmətlərindən biri sayılır. Onun “Yüksək etimad” əsəri həkimlik peşəsininmənəvi tərəflərini izah edərək bu sənətin nə qədərməsuliyyətli və müqəddəs olduğunu göstərir. 1981-ci ildə nüfuzlu M.İ.Averbax adına mükafata layiqgörülməsi onun elmi fəaliyyətinin beynəlxalqsəviyyədə yüksək qiymətləndirildiyini sübut edirdi. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasınınhəqiqi üzvü seçilməsi onun elmi uğurlarının məntiqinəticəsi oldu.
Zərifə Əliyevanın həyatı yalnız elmi nailiyyətlərlədeyil, həm də yüksək insani keyfiyyətlərlə zəngin idi. O, sadəliyi, səmimiliyi və insanlara olan böyük sevgisiilə seçilirdi. Onun üçün həkimlik sadəcə bir peşə deyil, insanlara xidmətə əsaslanan bir həyat fəlsəfəsi idi. Bu fəlsəfənin mərkəzində isə insan dayanırdı. Görməorqanının virus mənşəli zədələnməsinə həsr olunmuştədqiqatları da elmi ictimaiyyət tərəfindən böyükmaraqla qarşılanmışdır. Bu araşdırmalar nəticəsində birsıra xəstəliklərin differensial diaqnostikası daha da təkmilləşdirilmiş, müalicə üsullarının effektivliyiartırılmışdır. Həkim-oftalmoloqlar üçün yazdığı“Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” kimi dərs vəsaitləri məhz bu sahəyə həsr olunmuşdur.
Elmi araşdırmalarının nəticəsi olaraq Zərifə Əliyevabir neçə mühüm monoqrafiyanın müəllifi olmuşdur. Onların sırasında “Şin istehsalında gözün peşəpatologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlıoftalmologiya”, “Yod sənayesində gözün peşəxəstəliyinin profilaktikası” kimi əsərlər yer alır. Bundan əlavə, alimin bəzi elmi işləri görmə orqanındayaranan bədxassəli şişlərin diaqnostikası vəmüalicəsinə həsr olunmuşdur. Daktriologiya sahəsinəaid olan “Göz sulanmasının fiziologiyası” və “Gözsulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” adlı monoqrafiyaları yalnız oftalmoloqların deyil, həmdə fizioloqların diqqətini cəlb etmişdir. Zərifə Əliyevafundamental “Terapevtik oftalmologiya” kitabınınmüəlliflərindən biridir və bu əsər bu gün dəoftalmoloqlar üçün vacib mənbələrdən biri hesabolunur. Ümumilikdə o, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, birixtiranın və 12 səmərələşdirici təklifin müəllifi və yahəmmüəllifi olmuşdur.
1985-ci ilin 15 aprelində Zərifə Əliyeva dünyasınıdəyişsə də, onun elmi irsi və mənəvi dəyərləri bu gündə yaşayır. Onun adı ilə fəaliyyət göstərən tibbmüəssisələri, yetişdirdiyi tələbələr və davamçıları buböyük irsi qoruyur və inkişaf etdirirlər.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqındadanışarkən qeyd edirdi ki, o, insanlara böyük sevgi iləyanaşan, heç kəsi incitməyən və heç vaxt kimisəümidsiz qoymayan bir insan idi. Onun sözlərinə görə, Zərifə xanım Azərbaycan qadınının yüksək mənəvikeyfiyyətlərini özündə birləşdirən nadir şəxsiyyət idivə ailə həyatında da əvəzsiz rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə anası haqqında xatirələrində vurğulayır ki, Zərifə xanımın həyat fəlsəfəsinin əsasını uşaqlıqdanformalaşan xeyirxahlıq, insanlara sevgi və bağlılıqtəşkil edirdi. Onun sözlərinə görə, Zərifə Əliyevahəyatının son anlarına qədər mənəvi gücünü qoruyubsaxlamış, həyatın keçici olduğunu anlayaraq yaxşılığınisə əbədi qalacağına inanmışdır. Cənab Prezidenthəmçinin bildirir ki, o, yalnız böyük alim deyil, eynizamanda övladlarını yüksək mənəvi dəyərlər ruhundaböyüdən qayğıkeş ana idi və bu xüsusiyyətləri ilə hərzaman nümunə olaraq qalır.
Akademik Zərifə Əliyevanın həyat yolu bir dahagöstərir ki, elm və insanpərvərlik bir araya gəldikdəhəqiqi böyüklük yaranır. Onun adı və xatirəsiAzərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı



