
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji MəşvərətŞurası çərçivəsində nazirlərin 4-cü iclası müasirgeosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin bu mötəbər platformada səsləndirdiyi fikirlərbir daha təsdiqlədi ki, enerji təhlükəsizliyi artıq təkcəiqtisadi məsələ deyil, milli təhlükəsizlik, regionalsabitlik və beynəlxalq əməkdaşlıq məsələsidir.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinədair mühüm məsələləri müzakirə yolu ilə həll etməyinnə dərəcədə vacib olduğunu indi daha aydın şəkildəanlayırıq. Son illər dünyada baş verən siyasiqarşıdurmalar, enerji bazarlarında dalğalanmalar vətəchizat zəncirində yaranan risklər göstərdi ki, enerjisahəsində qarşılıqlı etimad və koordinasiya olunmuşfəaliyyət alternativsizdir.
Cənub Qaz Dəhlizi artıq özünü etibarlı və davamlıenerji marşrutu kimi təsdiq edib. Bu təşəbbüs yalnızboru kəmərləri sistemi deyil, eyni zamanda siyasidialoq platformasıdır. Burada iştirak edən ölkələrenerji təhlükəsizliyi məsələlərini açıq müzakirə edir, ortaq maraqları uzlaşdırır və gələcəyə dair stratejibaxış formalaşdırırlar. Bu isə Avrasiyanın enerjixəritəsində Azərbaycanın rolunu daha damöhkəmləndirir.
Məşvərət Şurası çərçivəsində müzakirə olunanməsələlərin mühüm bir hissəsinin yaşıl gündəlikləbağlı olması isə Azərbaycanın uzunmüddətli stratejibaxışının göstəricisidir. Cənab Prezident İlham Əliyevqeyd etdi ki, enerji siyasəti artıq yalnız karbohidrogenehtiyatlarının hasilatı və ixracı ilə məhdudlaşmır. Dünya alternativ və bərpaolunan enerji mənbələrinəkeçidi sürətləndirir və Azərbaycan bu prosesin fəaliştirakçısıdır.
Ölkəmiz günəş və külək enerjisi potensialına görəregionun aparıcı dövlətlərindən biridir. XüsusiləQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşılenerji zonası” elan edilməsi Azərbaycanın buistiqamətdə qətiyyətli siyasətinin bariz nümunəsidir. Eyni zamanda Xəzər dənizində külək enerjisipotensialının reallaşdırılması üzrə beynəlxalqtərəfdaşlarla əməkdaşlıq genişlənir.
Yaşıl Enerji Məşvərət Şurasının iclası göstərdi ki, Azərbaycan yalnız ənənəvi enerji təchizatçısı deyil, həm də Avropanın və regionun gələcək yaşıl enerjixəritəsində mühüm oyunçudur. Bu, ölkənin enerjidiplomatiyasını yeni mərhələyə yüksəldir.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanınenerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu daxüsusi vurğuladı. Ölkəmiz yalnız öz təbii qazını ixracetmir, eyni zamanda digər mənbələrdən hasil olunanenerji resurslarının da təhlükəsiz və fasiləsiz şəkildədünya bazarlarına çatdırılmasına şərait yaradır.
Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmişinfrastruktur layihələri və siyasi sabitliyi onu regionunəsas enerji qovşaqlarından birinə çevirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələrdənbaşlayaraq Cənub Qaz Dəhlizinədək uzanan stratejixətt göstərir ki, Azərbaycan uzun illərdir etibarlıtərəfdaş imicini qoruyur və möhkəmləndirir.
Bu gün Avropa üçün enerji təhlükəsizliyi məsələsiprioritetdir və Azərbaycan bu prosesdə real alternativvə sabit təchizatçı kimi çıxış edir. Cənab Prezidentİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənbalanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizhəm Şərq, həm də Qərb üçün etibarlı körpü rolunuoynayır.
Bakıda keçirilən Məşvərət Şuralarının iclasları bir dahagöstərdi ki, Azərbaycan regional təşəbbüslərinmərkəzində dayanır. Cənab Prezident İlham Əliyevinçıxışı isə enerji təhlükəsizliyi ilə yaşıltransformasiyanın vəhdət təşkil etdiyini nümayişetdirdi.
Bir tərəfdən mövcud enerji marşrutlarınıngenişləndirilməsi və şaxələndirilməsi, digər tərəfdənisə bərpaolunan enerji layihələrinin sürətləndirilməsiAzərbaycanın strateji kursunun əsasını təşkil edir. Busiyasət ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq üçün də möhkəmzəmin yaradır.
Nicat İsmayılov,
YAP Yasamal rayon təşkilatının fəalı



