Analitika

Enerji sahəsində əməkdaşlıq əlaqələrinın mövcudluğu və inkişafı cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu son dərəcə mühümdür və xüsusilə qlobal beynəlxalq siyasi nizamın hazırkı mərhələsində getdikcə artmaqdadır. Prezident İlham Əliyevin cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi baş tutmuşdur.

Mərasim zamanı Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub və bu gün start verilən Bakı enerji həftəsi və bütövlükdə mövcud siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.

Neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi sahəsində olan əməkdaşlıq ölkəmiz üçün,ümumilikdə Avropa üçün əsas rol oynayır. Hər kəsə məlumdur ki, Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizin mövcud bərpaolunan enerji istehsalı potensialı yüksək olduğundan, gələcəkdə enerjidən istifadə də daha çox qaz ixracını təmin edə biləcək. Enerji sahəsində əməkdaşlıq əlaqələrinın mövcudluğu və inkişafı  cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Məhz onun düşünülmüş siyasətidir ki, bu gün Azərbaycan Respublikası Avropa İttifaqında güvən, etibar, nüfuz sahibidir. Bu əməkdaşlığın əsasında ölkəmizin qüdrəti ilə yanaşı, ölkə başçısının şəxsi nüfuzuda əsas rol oynayır.

Prezident İlham Əliyev bildirdi ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Hazırda iki layihə işlənilməkdədir. Onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qv yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir.

Prezident çıxışında bildirib ki, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button