AnalitikaGündəmSiyasət

Energetika sahəsində uğurlu əməkdaşlıq davam edir

Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə bütün beynəlxalq platformalarda ölkəmizin yanında olan və Azərbaycanın haqlı mövqeyinə dəstəyini açıq şəkildə ifadə edən Macarıstanla əlaqələrin möhkəmləndirilməsi son illərdə ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri olub. İki dost ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Ölkə rəhbərlərinin qarşılıqlı işgüzar səfərləri də bu əlaqələrin inkişafında çox mühüm əhəmiyyət kəsb edir.

Belə səfərlərdən biri də 2025-ci il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin Macarıstanın Baş naziri cənab Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri olmuşdur. Səfər zamanı bir sıra mühüm məsələlər, xüsusilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılmışdır. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir.

Macarıstan paytaxtında iki dövlət başçılarının görüşü zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edilb ki, hər iki dövlət energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində isə növbəti kontrakt imzalanacaqdır.

“Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”, – deyə dövlətimizin başçısı əlavə edib.

Tamerlan Qurbanov,
YAP Siyəzən RT-nın məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button