AnalitikaGündəmSiyasət

Əməkhaqqında şəffaflığın artırılması

Əməkhaqqı sisteminin çoxsaylı əlavələrdən daha sistemli struktura keçirilməsi şəffaflığın artırılması baxımından əhəmiyyətlidir. Vəzifə maaşı və rütbə maaşının əsas komponentlər kimi müəyyənləşdirilməsi hərbi qulluqçunun gəlirinin hansı prinsiplərlə formalaşdığını daha aydın göstərir.

Rütbə maaşının 70 faizə çatdırılması xidmət karyerasının əməkhaqqına təsirini artırır. Bu, rütbə artımı ilə maliyyə təminatı arasında daha aydın əlaqə yaradır. Eyni zamanda birdəfəlik ödənişlərdən asılılığın azalması gəlirin daha proqnozlaşdırılan strukturda formalaşmasına imkan verə bilər.

Əməkhaqqı sisteminin aydın və proqnozlaşdırılan olması hər bir iş sahəsində olduğu kimi hərbi xidmətdə də mühüm amildir. Bu baxımdan yeni modelin məqsədlərindən biri sosial təminat mexanizminin daha sistemli qurulmasıdır.

Lətifə Əlizadə,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button