Analitika

Dünya Azərbaycanlılarının Həmrəylik günü bütün azərbaycanlılar üçün tarixin ən silinməz, ən qürurlu hadisələrindən biridir

Tarixdə yaşananlar hər zaman ağrılı və ya şirin qalır. Bizim tariximizdə yaşadıqlarımız da bizə çox şeyi bəxş etsə də nəticə göz qabağındadır. 2023-cü ildə dövlətimiz üçün uğurlu il oldu. Bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazi bütövlüyümüzü tam bərpa etmişdir. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və ordumuzun strategiyası düşməni diz üstə çökdürmüşdü. Təsəvvür edin, bir günə düşmən nə vəziyyətə düşmüşdüsə məğlub olduğunu anlamışdı .

Ali Baş Komandan İlham Əliyevin 31 dekabrdakı çıxışında Xankəndi və Xocalı sakinlərinə verdiyi müjdəli xəbər hər birimizi çox sevindirdi. Və əminik ki, növbəti illərdə də bayramı azad edilmiş torpaqlarda edəcəyik. Burda isə yalnız bir məsələ var. Uğurlu siyasət . Bəli, artıq illər keçdikcə ölkəmizin inkişafı da irəliləməkdədir. Biz bundan yalnız sevinə bilərik. Bu il tarixə düşən əsas faktlardan biri də Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməyəcəyidir. Düşünürəm ki, bundan sonra da uğurlarımızın ardı-arası kəsilməyəcək. Daha bir sevindirici xəbərlərdən biri də gələn il COP 29 Azərbaycanda keçiriləcək. Belə halların tez-tez yaşanması bizim üçün mühümdür və dünya üçün mesajdır. Hər zaman əbədi olaraq uğurlarımız daim olsun deyək və ölkəmizin inkişafı üçün dəmir yumruq kimi çalışaq.

Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı bütün azərbaycanlıları haqlı olaraq bir araya,bir yumruq halına gətirir. ”Dəmir yumruq” Zəfər səlnaməmizin rəmzi idi. Bu gün “Dəmir yumruq” birliyimizin rəmzidir. Bütün Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istiyirəm ki, ”Dəmir yumruq” hər zaman yerində olacaq. Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olsun.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button